“2026-cı ildə Günəşdə güclü partlayışlar baş verə bilər”.
Gündəm24.az xəbər verir ki, bunu astronomiya elmləri üzrə alim Sergey Boqaçev deyib.
O bildirib ki, yaxın dövrdə Günəşdə güclü, hətta rekord səviyyəli partlayışların baş vermə ehtimalı var:
“Hazırda davam edən Günəş dövrü çox yüksək amplituda ilə xarakterizə olunur. Bu göstərici əvvəlki dövrlə müqayisədə təxminən 1,5 dəfə yüksəkdir”.
Qeyd edək ki, Günəşdə bükülmüş maqnit sahələrində enerjinin sərbəst buraxılması zamanı partlayış baş verir. Parıltı, radio dalğaları və qamma şüaları da daxil olmaqla, elektromaqnit spektrinin bütün diapazonlarında radiasiya axını yaradır. Bilidirilir ki, belə hadisələr zamanı bəzi insanlarda stress, yuxu pozğunluğu və sinir sistemində həssaslıq müşahidə oluna bilər.













