Çərşənbə, İyul 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AZAL-dan növbəti qalmaqal: Bakıdan nasaz təyyarə yola salınıb? – VİDEO

15/07/2026 15:44
CƏMİYYƏT
43 0
AZAL-dan növbəti qalmaqal: Bakıdan nasaz təyyarə yola salınıb? – VİDEO
55
Baxış sayı

Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları”ndan (AZAL) sərnişinlərin şikayətləri səngimək bilmir. Hər dəfə xidmət səviyyəsinin aşağı olmasından, bilet qiymətlərinin yüksək olmasından narazılıq edən sərnişinlər bu dəfə həyatlarının təhlükəyə atıldığını iddia edirlər.

 

Sfera.az-a müraciət edən sərnişinlərdən biri göndərdiyi videogörüntü və məlumatlarda AZAL-ın səhlənkarlığından və sərnişinlərin təhlükəsizliyini təmin etməməsindən şikayətlənib.

 

Trabzonda qalan sərnişinlər və gecikən reys…

 

Narazılıq iyulun 14-də həyata keçirilməli olan, lakin təxirə salınan J2-8048 nömrəli Trabzon-Bakı reysi ilə bağlı yaranıb. Rəsmi açıqlamada “texniki nasazlıq səbəbindən reys təxirə salınıb” bildirilsə də, sərnişinlərin iddiaları hadisənin daha ciddi tərəflərinin olduğunu göstərir.

Hadisə yerindən video çəkən sərnişinin sözlərinə görə, təyyarədə ciddi nasazlıq olub. Belə ki, sərnişinlərə təyyarənin əyləc sistemində problem olduğu bildirilib. Videonu lentə alan vətəndaş etirazını belə ifadə edir:

 

“Əgər bu təyyarənin əyləc sistemində problem var idisə, niyə bunu Bakıdan yararsız vəziyyətdə Trabzona göndərmisiniz? İnsanların həyatını necə riskə ata bilirsiniz? Belə ciddi problem varsa, niyə əvvəlcədən xəbərdarlıq edilmir və insanlar saatlarla hava limanında çarəsiz buraxılır?”

 

AZAL təyyarələrə düzgün texniki baxış keçirmir?

 

Narazılıqdan görünür ki, aviadaşıyıcının sərnişinlərə təqdim etdiyi təyyarələrin texniki vəziyyəti sual doğurur. Bir sərişin təyyarəsinin əyləc sistemi kimi ən vacib idarəetmə mexanizmində problem varsa və bu nasazlıq yalnız xarici ölkənin hava limanında aşkarlanırsa, deməli, AZAL uçuşdan öncə ciddi texniki baxış keçirmir? Təyyarə havaya qalxdıqdan sonra əyləc sistemində problem yaransaydı, baş verə biləcək faciənin miqyasını təsəvvür etmək belə qorxuludur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, lakin xidməti hələ də bərbad səviyyədə qalan şirkətin bu dərəcədə səhlənkarlığa yol verməsi yolverilməz görünür.

 

Hava limanında çarəsiz qalan kütlə

 

Videogörüntülərdən də görünür ki, Trabzon hava limanının gözləmə zalında uşaqdan böyüyə onlarla insan çarəsiz vəziyyətdə qalıb. Reys saatı əvvəlcə 13:30-dan 14:30-a keçirilsə də, sonradan uçuş tamamilə ləğv edilib və sərnişinlər növbəti günə qədər gözləməli olublar.

Bilet qiymətlərini qonşu ölkələrdən qat-qat baha satan AZAL niyə sərnişinlərin təhlükəsizliyini və rahatlığını ən son plana atır? Bakıdan nasaz təyyarənin yola salınmasına icazə verən məsul şəxslər cəzalandırılacaqmı?

 

Mövzu ilə bağlı Sfera.az-ın sorğusunu cavablandıran AZAL-ın mətbuat xidməti bildirib ki, 14 iyul 2026-cı il tarixinə planlaşdırılan J2-8048 nömrəli Trabzon-Bakı reysi texniki nasazlıq səbəbindən təxirə salınıb. Qurumun məlumatına görə, sözügedən reysin sərnişinləri 15 iyul saat 12:21-də həyata keçirilən reyslə Bakıya yola salınıblar. Həmçinin bildirilib ki, uçuşu gözləmə müddətində sərnişinlərə aviaşirkətin qaydalarına uyğun xidmət göstərilib. AZAL əlavə məlumat almaq istəyən sərnişinlərin callcenter@azal.az elektron poçtu vasitəsilə aviaşirkətlə əlaqə saxlaya biləcəyini də qeyd edib.

 

Sərnişinlərin həyatı ilə “rus ruleti” oynadığı iddia edilən AZAL rəhbərliyindən xidmətə daha ciddi yanaşma gözlənilir. Mövzunu diqqətdə saxlayacağıq.

 

 

 

Oxşarxəbərlər

TƏCİLİ! XİN-dən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ – Bu ölkələrdə…
CƏMİYYƏT

TƏCİLİ! XİN-dən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ – Bu ölkələrdə…

15/07/2026 15:33
53
Sumqayıt sakini xiyabanda zibil qutusu axtarışında
CƏMİYYƏT

Sumqayıt sakini xiyabanda zibil qutusu axtarışında

15/07/2026 15:10
54
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb – ŞOK DETALLAR bilindi
CƏMİYYƏT

Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb – ŞOK DETALLAR bilindi

15/07/2026 14:39
54
Deputatın Telegram hesabı ƏLƏ KEÇİRİLDİ
CƏMİYYƏT

Deputatın Telegram hesabı ƏLƏ KEÇİRİLDİ

15/07/2026 14:26
55
Ayı Xocalıda evin həyətinə girdi – Yeyib-içib geri qayıtdı-Video
CƏMİYYƏT

Ayı Xocalıda evin həyətinə girdi – Yeyib-içib geri qayıtdı-Video

15/07/2026 14:23
53
Sumqayıt sahilində təmizlik işləri aparılıb
CƏMİYYƏT

Sumqayıt sahilində təmizlik işləri aparılıb

15/07/2026 14:19
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ

Zəngəzur dəhlizində rus rəhbər – Sokolovun DOSYESİ

15/07/2026 16:38
50
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

15/07/2026 16:17
50
Prezidentdən ÖNƏMLİ FƏRMAN

Prezidentdən ÖNƏMLİ FƏRMAN

15/07/2026 16:14
58
Azərbaycanda insan alverinə qarşı 2026-2030-cu illəri əhatə edən plan təsdiqləndi

Azərbaycanda insan alverinə qarşı 2026-2030-cu illəri əhatə edən plan təsdiqləndi

15/07/2026 16:09
64

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
58

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.