Çərşənbə axşamı, İyun 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda ev almaq xəyal olacaq? – Ekspertdən qiymətlərlə bağlı qorxudan PROQNOZ

23/06/2026 09:07
CƏMİYYƏT
43 0
Bakıda ev almaq xəyal olacaq? – Ekspertdən qiymətlərlə bağlı qorxudan PROQNOZ
55
Baxış sayı

Bakıda mənzil və torpaq qiymətləri artmaqda davam edir. Son vaxtlar isə şəhərətrafı qəsəbələrə maraq daha da yüksəlib. Ekspertlər hesab edir ki, bu tendensiya qarşıdakı illərdə də davam edəcək.

Bu gedişlə, 5-6 ildən sonra Bakıda ev almaq orta gəlirli insanlar üçün mümkünsüz olacaq? Gələcəkdə ev sahibi olmaq daha da çətinləşəcək?

Gündəm24.az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, bu problem təkcə Bakıya aid deyil, dünyanın əksər meqapolislərində müşahidə olunur:

“Məsələn, Moskvada 20 il əvvəl də mənzil əlçatanlığı ciddi problem hesab edilirdi. Lakin ötən müddətdə vəziyyət daha da mürəkkəbləşib və bu gün mənzil əldə etmək əvvəlkindən çətindir. Bakı da artıq meqapolisə çevrilməkdədir. Şəhərə əhalinin axını, artan tələbat və yaşayışa olan ehtiyac daşınmaz əmlak bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Təklif tələbi ödəmədiyi üçün qiymətlər vətəndaşların gəlirlərindən daha sürətlə artır. Şəhər ətrafı ərazilərdə hələlik müəyyən qədər torpaq sahələri və fərdi yaşayış evlərinin tikintisi üçün imkanlar mövcuddur. Bununla yanaşı, bazarda satışa çıxarılan yeni mənzillər də var. Lakin əsas problemlərdən biri sənədsiz evlərin çoxluğudur. Hesab edirəm ki, bu məsələ zamanla həllini tapacaq. Həmin evlər sənədləşdirildikdən sonra onların ipoteka predmetinə çevrilməsi də mümkün olacaq ki, bu da bazara müəyyən müsbət təsir göstərəcək”.

Ekspert bildirib ki, daşınmaz əmlakın əlçatanlığı getdikcə azalır və qiymətlər vətəndaşların alıcılıq qabiliyyətini üstələyir:

“Əgər yaxın iki-üç il ərzində genişmiqyaslı tikinti layihələri həyata keçirilməzsə, bazarda mövcud problemlər bir az da dərinləşəcək. Eyni zamanda, şəhər daxilində boş torpaq sahələrinin və fərdi yaşayış evləri üçün yararlı ərazilərin azalması qiymət artımını sürətləndirəcək. Bu səbəbdən hesab edirəm ki, yaxın üç ildə daşınmaz əmlakın bahalaşması demək olar ki, qaçılmazdır”.

Ekspertin sözlərinə görə, problemin əsas həll yollarından biri tikinti sektorunda təklifin artırılmasıdır:

“Müşahidələr göstərir ki, son on il ərzində tikinti həcmləri əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Tikinti üçün verilən icazələrin məhdud olması bazarda yeni mənzillərin sayını azaldır və nəticədə qıtlıq yaradır. Buna görə də hesab edirəm ki, tikinti şirkətlərinə daha çox layihənin həyata keçirilməsinə şərait yaradılmalı, bazarda rəqabət artırılmalıdır. Təklif artdığı halda qiymətlər üzərində təzyiq müəyyən qədər azalacaq və bazarda nisbi sabitlik yaranacaq. Yalnız bu halda daşınmaz əmlak bazarında qiymət artımının tempini zəiflətmək mümkün ola bilər”.

Oxşarxəbərlər

Günay Ağamalıdan ÜZÜCÜ XƏBƏR
CƏMİYYƏT

Günay Ağamalıdan ÜZÜCÜ XƏBƏR

23/06/2026 09:24
65
1877-ci ilə bənzər ən pis ssenari XƏBƏRDARLIĞI
CƏMİYYƏT

1877-ci ilə bənzər ən pis ssenari XƏBƏRDARLIĞI

23/06/2026 09:02
54
Bakıda da yayılmağa başladı: öldürsək, hansı cəza gözləyir?
CƏMİYYƏT

Bakıda da yayılmağa başladı: öldürsək, hansı cəza gözləyir?

23/06/2026 09:00
53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi
CƏMİYYƏT

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23/06/2026 08:19
54
“Badam” klinikasının direktoru istefa verdi – VİDEO
CƏMİYYƏT

“Badam” klinikasının direktoru istefa verdi – VİDEO

23/06/2026 07:00
54
Sabah bu yerlərdə işıq kəsiləcək
CƏMİYYƏT

Sabah bu yerlərdə işıq kəsiləcək

22/06/2026 21:12
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
66
Ermənistanın yeni prezidentinin adı açıqlandı

Ermənistanın yeni prezidentinin adı açıqlandı

23/06/2026 10:23
52
Putinin “şəxsi düşməni” müəmmalı şəkildə öldü: bu sirri açmışdı

Putinin “şəxsi düşməni” müəmmalı şəkildə öldü: bu sirri açmışdı

23/06/2026 10:17
51
“Putin əmr verib ki, Ermənistanı parçalayıb talasınlar”

“Putin əmr verib ki, Ermənistanı parçalayıb talasınlar”

23/06/2026 09:42
62

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
66

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
58

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

“Kızılcık Şerbeti”nin ulduzu Ece İrtemin ölümü ilə bağlı şok iddia ortaya çıxdı

19/06/2026 14:45
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In