Cümə, İyun 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu meyvəni alarkən diqqətli olun: risk var – Ölkəyə tonlarla gətirilir

29/01/2026 12:21
CƏMİYYƏT
68 5
Bu meyvəni alarkən diqqətli olun: risk var – Ölkəyə tonlarla gətirilir
93
Baxış sayı

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycana idxal olunan 421 min ton portağalda rəngləndirici maddələr aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifovun sözlərinə görə, məsələ ilə bağlı ixracatçı ölkələrə rəsmi xəbərdarlıqlar göndərilib və son dövrlərdə bu cür hallara artıq rast gəlinmir.

Bəs hazırda satışda olan portağallara rəngləndirici vurulmadığına necə əmin olaq? Ümumiyyətlə, bu cür maddələrin insan sağlamlığına mümkün təsirləri nələrdir?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev deyib ki, satışda olan portağallara rəngləndirici vurulub-vurulmadığını dəqiq müəyyənləşdirmək çətindir:

“Lakin AQTA rəsmisinin möqeyi də məntiqə uyğundur. İdxalda aşkarlanıbsa, partiya geri qaytarıla, dövriyyəyə buraxılmaya  və sonradan ixracatçı ölkələr də davranışını düzəldə bilər. Amma nəzarət risk əsaslı qurulur, yəni hər partiya eyni dərinlikdə yoxlanılmaya bilər. Ona görə də “bazarda yoxdur” iddiası əvəzinə, belə hallar azalıb və “nəzarət var” yanaşması daha real görünür. Burada söhbət meyvənin qabığının səthindən gedir”.

Mütəxəssis bildirib ki, bəzi ölkələrdə sözügedən meyvənin rənginin daha narıncı və bərabər tonlarda görünməsi üçün müvafiq maddələrdən istifadə olunur:

“Digər bir üsul odur ki, portağal yığılandan sonra etilen qazı ilə “degreening” edilir. Bu, rəng qatmaq deyil. Qabıqda təbii rəng dəyişimini sürətləndirən texnoloji prosesdir. Həmin portağalların ziyanlı olub-olmadığını müəyyənləşdirmək üçün rəngləndiricinin nə olduğu və necə istifadə edildiyini bilmək lazımdır. Qida üçün icazəli rəng maddəsi düzgün dozada və yalnız qabıq səthində istifadə olunubsa, risk adətən aşağı olur. Məsələn, bəzi normativlərdə müəyyən boyaların bəzi meyvələrin “səthi emalı”nda istifadəsi ayrıca qeyd olunur. Problem daha çox icazəsiz boya, qida dərəcəli olmayan rəng maddəsi istifadə olunanda, doza, texnoloji rejim pozulanda istehlakçı qabığı da yeməkdə istifadə edəndə baş verə bilər. Çünki boya əsasən qabıqda olur. Yəni portağalı sadəcə soyub içini yeyən adamla, qabığını da qidaya qatan adamın qarşıladığı risk eyni deyil”.

asim

Asim Vəliyev

Ekspert qeyd edib ki, ev şəraitində tam laboratoriya dəqiqliyi ilə bunu anlamaq və riski azaltmaq mümkün deyil:

“Amma gündəlik məntiqlə baxanda bir neçə sadə əlamət var. Qabığı nəm salfetlə sürtəndə rəng izinin çıxması, qabıqda həddən artıq parlaq və boya kimi bərabər ton, meyvələrin hamısında eyni ideal rəng olması halları buna nümunədir. Bunlar sadəcə şübhə yaradan əlamətlərdir. Portağalı axar su altında yaxşı yumaq, qabığı qidaya qatacağımız hallarda isə mənşəyi daha aydın olan məhsula üstünlük vermək daha məntiqli yanaşmadır. Nəzərə almalıyıq ki, qabığın gözəlliyi meyvənin dadı və qida dəyəri demək deyil”.

Oxşarxəbərlər

Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB
CƏMİYYƏT

Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

18/06/2026 22:35
53
Oğluma dəstək olmaq əvəzinə, divan tutdular – Qənirə Ataşova
CƏMİYYƏT

Oğluma dəstək olmaq əvəzinə, divan tutdular – Qənirə Ataşova

18/06/2026 21:46
57
DİN-dən uşaqlara “Tik-Tok” xəbərdarlığı
CƏMİYYƏT

DİN-dən uşaqlara “Tik-Tok” xəbərdarlığı

18/06/2026 19:33
55
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

18/06/2026 19:12
56
Toylarda spirtli içkilər qadağan olunacaq? – Diqqətçəkən AÇIQLAMA
CƏMİYYƏT

Toylarda spirtli içkilər qadağan olunacaq? – Diqqətçəkən AÇIQLAMA

18/06/2026 17:44
54
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
CƏMİYYƏT

“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay

18/06/2026 17:34
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“iPhone 18 Pro”nun qiyməti belə olacaq

“iPhone 18 Pro”nun qiyməti belə olacaq

18/06/2026 23:21
54
DƏHŞƏTLİ QƏZA – Ölən və yaralananlar var

DƏHŞƏTLİ QƏZA – Ölən və yaralananlar var

18/06/2026 22:53
53
Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

Bakı–Naxçıvan reysləri ləğv edildi – SƏBƏB

18/06/2026 22:35
53
Masazırda avtomobil motosikleti vurdu – VİDEO

Masazırda avtomobil motosikleti vurdu – VİDEO

18/06/2026 22:20
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
68

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
54

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
57

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.