Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dini baş örtüyünün əvəzinə, milli kələğayi?

06/04/2026 13:30
CƏMİYYƏT
46 2
Dini baş örtüyünün əvəzinə, milli kələğayi?
61
Baxış sayı
Mətbuatın yazdığına görə, Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.
Bu yanaşma xüsusilə orta məktəb, ali təhsil müəssisələri və dövlət qurumlarını əhatə edəcək. Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq edilməsi nəzərdə tutulur.
Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir.
Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, “dini baş örtüyü və dini geyim” kimi təqdim edilən örtük və geyim dəstlərinin nə müsəlmanlıqla, nə də mənsub olduğumuz böyük türk mədəniyyəti ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur. Xristian rahibələrinin geyim üslubunu vaxtilə müsəlman hökmdarların saraylarına cariyə və ya nigahda olan xanım kimi yol tapan qadınlar daşıyıblar. İndi də bu geyim üslubunu islam mədəniyyətinin formalaşmasında iştirak edən xalqların dünyagörüşünü, milli mədəniyyətini assimilyasiya etmək üçün məqsədyönlü şəkildə təşviq edirlər”.
BakuPost
Deputatın sözlərinə görə, bu, həm də bir biznes layihəsidir:
“Ətraflı araşdırılsa, dini geyimlər və digər bu kimi nəsnələrin dini sənayenin tərkib hissəsi olduğunu da müəyyənləşdirə bilərik”.
E. Mirzəbəyli Azərbaycan xalqına, onun milli və dini dünyagörüşünə heç bir aidiyyatı olmayan baş örtüyü və digər bu kimi dini atributların təhsil müəssisələrində istifadəsini təqdir etmir.
O eyni zamanda düşünür ki, yetkinlik yaşına çatmamış şəxslərin dini atributlardan istifadəsi, təkcə təhsil müəssisələri müstəvisində deyil, bütövlükdə uşaq hüquqlarının qorunması müstəvisində dəyərləndirilməlidir.
Yetkinlik yaşına çatmış şəxslərə gəldikdə isə, müsahibimiz hesab edir ki, bu sahədə inzibati məhdudiyyətlərin tətbiqi hüquqi baxımdan ziddiyyətli ola və hüquq pozuntularına yol aça bilər:
“Bu səbəbdən, təbliğat, marifləndirmə mühüm əhəmiyyət kəsb edir. Milli geyimlərimiz təşviq olunmalı, ilk növbədə tanınmış şəxslərimiz nümunə yaratmalıdırlar. Milli geyimlərimizin estetik təqdimatı önə keçməlidir”.
Şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, bu məsələdə seçim könüllülük prinsipinə əsaslanmalıdır:
BakuPost
“Dünyəvi dövlət olsaq da ölkədə milli, mənəvi, dini dəyərlərin himayəçisi də dövlət və dövlət başçısı, Qarabağın Fatehi İlham Əliyev cənablarıdır. Milli örtük olaraq kəlağayının örtülməsi gözəldir. Ancaq bu seçim könül məsələsidir. Yəni Azərbaycan xanımının şəxsi zövqünə uyğun hər kəsin geyim tərzində öz seçimi olmalıdır. Əsrlərdən gələn mənəvi dəyərlərimizin mühafizə olunaraq yaşadılması milli kimliyimizin qorunmasına da ən böyük xidmətdir”.
Ekspert düşünür ki, bu həssas məsələ mütləq nəzərə alınmalıdır.
İlahiyyatçı Elşad Miri də bu məsələdə insanlara sərbəstlik verilməsinin tərəfdarıdır:
BakuPost
“Bu doğru yanaşma deyil. Hətta xanımlarımıza şəxsiyyət vəsiqəsi verilən zaman onlardan başların açılmasının istənilməsi də doğru deyil. Bununla nə dəyişir ki? Texnoloji imkanların yüksək olduğu bir zamanda tanınmaqda heç bir problem yoxdursa, niyə insanlara qarşı hörmətsiz davranmalıyıq. Bu məsələlər aradan qalxmalı və onları müzakirə etməli deyilik. Belədə bəzi dövlət qurumlarında dini baş örtüyün qadağan edilib, onun kələğayi ilə əvəz edilməsi də könüllülük əsasında olmalıdır”.

Oxşarxəbərlər

Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik
CƏMİYYƏT

Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

18/04/2026 14:36
73
Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı
CƏMİYYƏT

Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı

18/04/2026 14:04
72
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ

18/04/2026 11:52
55
Banka borcunu ödəməyənlər üçün yeni qayda
CƏMİYYƏT

Banka borcunu ödəməyənlər üçün yeni qayda

18/04/2026 11:48
56
DYP sürücülərə müraciət etdi
CƏMİYYƏT

DYP sürücülərə müraciət etdi

18/04/2026 10:48
58
Bu qurumlar BİRLƏŞDİRİLDİ
CƏMİYYƏT

Bu qurumlar BİRLƏŞDİRİLDİ

18/04/2026 10:35
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

Türkiyədə faciə: Ağaca ildırım düşdü, 2 məktəbli öldü

18/04/2026 15:24
56
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

18/04/2026 15:04
53
Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

Sürücülərin nəzərinə – İcbari sığorta ilə bağlı yenilik

18/04/2026 14:36
73
Fidanla Lavrov Antalyada müzakirə apardı

Fidanla Lavrov Antalyada müzakirə apardı

18/04/2026 14:28
76

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.