Cümə, May 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Gömrüklə bağlı ÖNƏMLİ YENİLİK – Nələr olacaq?

01/05/2026 14:04
CƏMİYYƏT
37 3
Gömrüklə bağlı ÖNƏMLİ YENİLİK – Nələr olacaq?
50
Baxış sayı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində edilən köklü dəyişikliklər ölkənin xarici ticarət siyasətində və nəzarət mexanizmlərində yeni bir mərhələnin başladığını göstərir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən təqdim edilən qanun layihəsinin ən diqqətçəkən məqamı Azərbaycanda ilk dəfə tətbiq olunacaq səyyar gömrük auditi sistemidir. Bu yeni qaydalara əsasən, gömrük orqanları artıq idxalatçıların, ixracatçıların və mal sahiblərinin bilavasitə öz ərazilərində, anbarlarında və ya istifadələrində olan digər binalarda həm planlı, həm də plandankənar yoxlamalar apara biləcəklər. Əsas yenilik ondan ibarətdir ki, bu audit mallar gömrük nəzarətindən çıxdıqdan sonrakı 3 il ərzində də həyata keçirilə bilər ki, bu da dövlətin ticarət əməliyyatlarına sonradan nəzarət imkanlarını genişləndirir. Yoxlama müddəti standart olaraq 20 iş günü müəyyən edilsə də, zərurət yarandıqda bu müddət 30 iş gününə qədər uzadıla bilər. Sahibi olduğunuz müəssisədə planlı yoxlamanın aparılması üçün gömrük orqanları ən azı 15 iş günü əvvəl yazılı xəbərdarlıq göndərməli və yoxlama suallarının siyahısını təqdim etməlidir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərovun sözlərinə görə, bu dəyişikliklər gömrük prosedurlarının şəffaflaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımdır: “Səyyar gömrük auditinin tətbiqi əslində sahibkarların işini asanlaşdırmağa xidmət edir. Çünki əvvəllər mallar yalnız sərhəd keçid məntəqələrində və ya terminalda uzun-uzadı yoxlanılırdısa, indi malların sürətli buraxılışı təmin olunur və dövlət sonradan yoxlama (post-klirens) funksiyasını işə salır. Bu, limanlarda və terminallarda sıxlığın qarşısını alacaq, ticarət dövriyyəsini sürətləndirəcək”. O qeyd edib ki, bu prosesdə şəffaflığın qorunması üçün ciddi qanuni mexanizmlər nəzərdə tutulub: “Qanun layihəsində yoxlamanın müddəti və qaydası konkretləşdirilib. Xüsusilə, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması tələbi, əsassız müdaxilələrin və qeyri-rəsmi yoxlamaların qarşısını tamamilə alacaqdır. Sahibkar öz hüquqlarını bilməli və auditin yalnız qanunla müəyyən edilmiş suallar çərçivəsində aparılmasını tələb etməlidir”.

Dəyişikliklərin praktiki tərəflərinə toxunan hüquqşünas vurğulayıb ki, 3 illik müddət sahibkarların məsuliyyətini daha da artırır: “Malların statusunu itirməsindən, yəni sərbəst dövriyyəyə buraxılmasından sonra 3 il ərzində hər an audit keçirilə biləcəyi üçün, idxal-ixrac əməliyyatları ilə məşğul olan şəxslər sənədləşmə işlərinə daha ciddi yanaşmalıdırlar. Bu müddət ərzində bəyannamələrin düzgünlüyü, rüsumların tam öndənilməsi və digər texniki detallar hər an yoxlanıla bilər”. Hüquqşünas sonda onu da əlavə edib ki, planlı yoxlamaların ildə bir dəfədən çox olmaması və əvvəlcədən xəbərdarlıq edilməsi biznes mühitinin sabitliyini qorumağa yönəlib, belə ki, sahibkar gözlənilməz yoxlamalarla deyil, qabaqcadan proqnozlaşdırılan bir nəzarət sistemi ilə qarşı-qarşıya olacaq. İlk oxunuşda qəbul edilən bu layihə Azərbaycanın logistika mərkəzi kimi cəlbediciliyini artırarkən, eyni zamanda gömrük nəzarətinin effektivliyini də maksimum səviyyəyə qaldırmağı hədəfləyir”.

Oxşarxəbərlər

İmtahanlarla bağlı yenilik – İLK DƏFƏ…
CƏMİYYƏT

İmtahanlarla bağlı yenilik – İLK DƏFƏ…

01/05/2026 14:26
51
Əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Əlavə gedişhaqqı ödənişlərinin çıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA

01/05/2026 13:39
51
Qadınların maaşları ilə bağlı yenilik
CƏMİYYƏT

Qadınların maaşları ilə bağlı yenilik

01/05/2026 13:12
50
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
CƏMİYYƏT

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

01/05/2026 12:54
51
SON DƏQİQƏ: Bu müharibə veteranlarına pul verilə bilər…
CƏMİYYƏT

SON DƏQİQƏ: Bu müharibə veteranlarına pul verilə bilər…

01/05/2026 12:20
55
Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!
CƏMİYYƏT

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

01/05/2026 12:13
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

MEDİA Forumunda kritik xəbərdarlıq: rəqəmsal mühitdə gizli təhlükələr

MEDİA Forumunda kritik xəbərdarlıq: rəqəmsal mühitdə gizli təhlükələr

01/05/2026 14:48
50
Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?

Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?

01/05/2026 14:45
55
Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?

Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?

01/05/2026 14:45
50
Rusiyada yüksək vəzifəli şəxsə HÜCUM- VİDEO

Rusiyada yüksək vəzifəli şəxsə HÜCUM- VİDEO

01/05/2026 14:39
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

30/04/2026 08:33
58

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
62

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
65

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.