Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Heykəlləşən Vətən Eşqim” – daşa köçən həsrətin poeziyası-FOTOLAR

11/08/2026 18:56
CƏMİYYƏT, Manşet, Özəl, Qərbi Azərbaycan
906 9
“Heykəlləşən Vətən Eşqim” – daşa köçən həsrətin poeziyası-FOTOLAR
757
Paylaşım sayı
1.1k
Baxış sayı

Sumqayıtda Bəturə Adilqızının “Heykəlləşən Vətən Eşqim” kitabının təqdimatı keçirilib

Gündəm24.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin və Karvansaray Haqqıxlı kənd icmasının təşkilatçılığı ilə şair Bəturə Adilqızının “Heykəlləşən Vətən Eşqim” kitabının təqdimatına həsr olunmuş ədəbi-mədəni tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Karvansaray Haqqıxlı kənd icmasının sədri və Qaradağ nümayəndəsinin müavini İbad Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, belə ədəbi-mədəni ogörüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, Bəturə Adilqızının yaradıcılığında Vətən, doğma yurd, milli yaddaş və mənəvi dəyərlər mövzularının xüsusi yer tutduğunu qeyd edib.

İbad Mehdiyev bildirib ki, “Heykəlləşən Vətən Eşqim” kitabı müəllifin doğma yurda və milli-mənəvi dəyərlərə bağlılığını əks etdirən mühüm ədəbi nümunələrdəndir. O, kitabın oxucular üçün maraqlı və dəyərli olacağına əminliyini ifadə edərək, Bəturə Adilqızına yaradıcılıq uğurları arzulayıb.

Daha sonra QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov çıxış edərək Həqiqətli kəndinin tarixindən, kəndin ədəbi-mədəni mühitindən və Bəturə Adilqızının şair kökündən geniş söz açıb.

QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov Bəturə Adilqızının yaradıcılığının formalaşmasında ailə və nəsil ənənələrinin mühüm rol oynadığını vurğulayıb. O, şairin atası Adil Yəhyayev, əmisi Fərhad Vəlizadə və Məhəmmədəli Yəhyayevin yaradıcılığından nümunələr təqdim edərək, Bəturə Adilqızının məhz belə zəngin ədəbi mühitdən bəhrələndiyini bildirib.

Çıxışında müəllifin yaradıcılıq mərhələlərini təhlil edən QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov hər dövrün özünəməxsus poetik xüsusiyyətlərini diqqətə çatdırıb. Xüsusilə şairənin uşaqlıq illərində yaşadığı ağır itkinin onun yaradıcılığına təsirindən danışıb. Bəturə Adilqızının birinci sinifdə oxuyarkən anasını itirdiyini qeyd edən Ramiz müəllim, sonrakı illərdə onun şeirlərində ana həsrəti və “ana fəryadı” mövzusunun xüsusi yer tutduğunu vurğulayıb.


Kaitabın tərtibatçısı, yazıçı Ayişə Nəbi çıxış edərək “Heykəlləşən Vətən Eşqim” kitabının hazırlanma prosesindən, əsərin tərtibatında qarşıya qoyulan məqsədlərdən və müəllifin poetik dünyasının oxucuya daha dolğun çatdırılması üçün görülən işlərdən danışıb. O, həmçinin Bəturə Adilqızının yaradıcılığının milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə Odlar Yurdu Universitetinin prorektoru, dosent Füzuli Həsənov da çıxış edib. O, tədbirin əhəmiyyətindən danışaraq milli ədəbiyyatın, tarixi yaddaşın və mənəvi dəyərlərin qorunmasında belə görüşlərin mühüm rol oynadığını bildirib.

Kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Xanəmir Telmanoğlu da çıxış edərək kitabın ədəbi dəyərindən, Bəturə Adilqızının yaradıcılığının milli ədəbiyyatdakı yerindən danışıb və tədbirin əhəmiyyətini vurğulayıb.

Bəturə Adilqızının yaradıcılığından danışan Elli Atayurd müəllifin poeziyasında doğma torpağın xatirəsinin, Vətən duyğusunun və milli ruhun diqqət çəkən məqamlar olduğunu bildirib.

Rəna Məmmədova “İtirdiyimiz Vətənin sözlə yaşadılması” mövzusunda çıxış edərək doğma yurdla bağlı xatirələrin, tarixi hadisələrin və milli-mənəvi dəyərlərin söz vasitəsilə yaşadılmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, ədəbiyyat insanların yaddaşında yalnız hadisələri deyil, həmin hadisələrin yaratdığı duyğuları da qoruyub saxlayır.

Tədbirin əsas iştirakçıları Haqqıxlı kəndinin gəncləri olub. Çıxışlarda gənclərin elmə, təhsilə, sənətə və ictimai fəaliyyətə cəlb olunmasının vacibliyi vurğulanıb. Alim, həkim, müəllim, mühəndis və digər peşə sahiblərinin timsalında müxtəlif bənzətmələr aparılıb.

Tədbirdə müəllimlərdən Sünbül İsmayılova və digər iştirakçılar da çıxış edərək Bəturə Adilqızının yaradıcılığı, kitabda əks olunan mövzular və milli ədəbiyyatın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Məsma Qocayeva müəllifin şeirlərindən nümunələr səsləndirib. Şeirlərin bədii qiraəti iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səsləndirilən poetik nümunələrdə Vətən sevgisi, doğma torpaq həsrəti, milli yaddaş və mənəvi bağlılıq kimi mövzular xüsusi yer tutub.

Kitabın ərsəyə gəlməsinə maddi dəstək göstərən Şahlar Nəbiyev də tədbirdə iştirak edib. Çıxışlarda kitabın hazırlanmasına göstərilən dəstəyin ədəbi yaradıcılığın və milli-mənəvi dəyərlərin təbliğinə verilən mühüm töhfə olduğu vurğulanıb.

Tədbir çərçivəsində ictimai və mədəni fəaliyyətə cəlb olunan üzvlərə də diqqət göstərilib. Fiziki məhdudiyyətli gənc rəssam Nigar Kara və icmanın digər üzvləri müvafiq təltif üçün komissiyaya təqdim olunublar. Eyni zamanda Nigar Karaya və digər üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin bədii hissəsində rejissorlar Ellada Sarvanlı və Vüqar Əhmədov şeirlər söyləyərək iştirakçılara xoş anlar yaşadıblar.

Daha sonra “Heykəlləşən Vətən Eşqim” kitabının müəllifi Bəturə Adilqızı çıxış edib. Müəllif tədbirin təşkilində əməyi olan hər kəsə, kitabın ərsəyə gəlməsində dəstək göstərən şəxslərə və təqdimat mərasimində iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Bəturə Adilqızı yaradıcılığında Vətən və doğma yurd mövzusunun xüsusi yer tutduğunu qeyd edərək, şeirlərində yaşadığı duyğuları, xatirələri və milli dəyərlərə bağlılığını oxucularla bölüşməyə çalışdığını bildirib.

Tədbirin yekun nitqi ilə Nazim Hüseynov çıxış edib. O, belə ədəbi-mədəni tədbirlərin milli yaddaşın qorunması və gənc nəslə çatdırılması baxımından əhəmiyyətindən danışıb, kitabın müəllifinə yaradıcılıq uğurları arzulayıb.

Təqdimat zamanı səsləndirilən fikirlərdən bir daha aydın olub ki, “Heykəlləşən Vətən Eşqim” yalnız şeirlər toplusu deyil, həm də Vətən sevgisinin, doğma yurda bağlılığın, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın poetik ifadəsidir.

Tədbirin sonunda iştirakçılar Bəturə Adilqızını yeni nəşri münasibətilə təbrik edib, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar. Sonda xatirə şəkilləri çəkdirilib və kitabın məzmunu ətrafında fikir mübadiləsi aparılıb.

Oxşarxəbərlər

Əməkdar artist dövlətdən yardım istədi
Manşet

Əməkdar artist dövlətdən yardım istədi

26/10/2026 09:38
951
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu
Manşet

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
952
Bakıda avtomobil piyadanı vurdu
Hadisə

Bakıda avtomobil piyadanı vurdu

26/10/2026 08:20
951
Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər
Dünya

Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər

26/10/2026 08:18
951
3 bürcün həyatında noyabrda gözlənilməz dəyişikliklər olacaq
Manşet

3 bürcün həyatında noyabrda gözlənilməz dəyişikliklər olacaq

26/10/2026 07:57
951
Bu rayonlarda qaz olmayacaq
CƏMİYYƏT

Bu rayonlarda qaz olmayacaq

26/10/2026 07:42
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Əməkdar artist dövlətdən yardım istədi

Əməkdar artist dövlətdən yardım istədi

26/10/2026 09:38
951
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
952
Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurdu

26/10/2026 08:20
951
Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər

Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər

26/10/2026 08:18
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
952

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
990

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.