Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündə artıq təkcə sülh sənədlərindən deyil, sülhün real həyatda yaratdığı nəticələrdən danışılır.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən gələn taxıl və digər məhsulların Azərbaycan ərazisindən Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması — bunlar münasibətlərdə yeni mərhələnin əlamətləri kimi qiymətləndirilir.
Digər mühüm məsələ isə TRIPP marşrutudur. Bu layihənin reallaşması regionda nəqliyyat və iqtisadi əlaqələri ciddi şəkildə dəyişə bilər.
Sərhədlərin delimitasiyası, iqtisadi və enerji əməkdaşlığı, birbaşa siyasi təmaslar yaranıb
Görünən odur ki, Azərbaycan-Ermənistan münasibətlərində müzakirə artıq yalnız “sülh olacaqmı?” sualı ətrafında getmir.
İndi əsas məsələ budur:
Bu razılaşmalar real və davamlı sülhə çevriləcəkmi? Bunu zaman göstərəcək.













