Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
Gündəm24.az xəbər verir ki, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.
Qurumun məlumatına görə, küləkli hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.














