Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi qalxıb.
Gündəm24.az -ın məlumatına görə, nəticədə rayonunun Qaraağaclı kəndinin Qarasaqqal adlanan ərazisində 200
hektara yaxın taxıl sahəsi su altında qalıb.
Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, eyni kənddə əkin olmayan 100 hektar ərazi də
su altında qalıb.














