Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Minlərlə azərbaycanlı çətin durumda – Yeni qanun mübahisə yaratdı

25/11/2025 19:30
CƏMİYYƏT
48 2
Minlərlə azərbaycanlı çətin durumda – Yeni qanun mübahisə yaratdı
63
Baxış sayı

Son günlər “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər narazılıq yaradıb. Layihəyə əsasən, işsiz, qeyri-formal çalışan və rəsmi gəliri olmayan şəxslərin aylıq 16 manat icbari tibbi sığorta ödəməsi nəzərdə tutulur. Hətta qanun layihəsində ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqının tətbiq ediləcəyi də qeyd olunur.

İşsizlərin sığorta ödənişi etməsi ədaləti təmin edəcəkmi? Dünya təcrübəsində vəziyyət necədir?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, faktiki olaraq işsiz kimi qeydiyyata alınan şəxsin heç bir gəlir mənbəyi yoxdur:

“Gəliri olmayan insanlardan icbari tibbi sığorta haqqının hansı hüquqi əsasla tələb oluna biləcəyi sual doğurur. Bu şəxslər ödənişi hansı vəsaitlə etməlidirlər? Ev əşyalarını satmaqla, borc almaqla, yaxud başqa yolla? Bu mənbə açıqlanmalıdır. Həmçinin qeyri-formal işləyən insanlar da var, məsələn, malyar, fəhlə, hörgüçü kimi fəaliyyət göstərənlər rəsmi qeydiyyatda deyil. Yəni onların real gəlir əldə edib-etmədiyini müəyyən etmək də mümkünsüzdür. Eləcə də yaşlanıb, əmək qabiliyyətini itirən şəxslər var. Bu halda, ödəniş onların övladlarından tutulmalıdır? Bütün bunlar ciddi paradoksal vəziyyət yaradır”.

Minlərlə azərbaycanlı çətin durumda - Yeni qanun mübahisə yaratdı

İlqar Hüseynli

Ekspert bildirib ki, burada həm də ədalətsiz yanaşma var:

“Əgər icbari tibbi sığorta ödənişi tələb olunursa, vətəndaşların həmin məbləği hansı mənbədən ödəyəcəkləri də aydın göstərilməlidir. Bununla yanaşı, ödəniş edən şəxslərin hansı səviyyədə və keyfiyyətdə tibbi xidmət alacağı da açıqlanmalıdır. Üstəlik, ödəniş gecikdikdə əlavə 10 faiz cərimənin tətbiqi vəziyyəti daha da ağırlaşdırır. Bütün hallarda işləməyən şəxsdən icbari ödəniş tələb etmək düzgün yanaşma deyil. Ola bilsin ki, başqa ölkələrdə bunun müsbət nümunələri var, lakin orada vətəndaşların formal və ya qeyri-formal gəlirləri barədə bəyannamə sistemi mövcuddur. Bu baxımdan təqdim olunan qərar Azərbaycanda hazırkı şəraitə uyğun deyil”.

Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.

Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı (Məşğulluq Agentliyi üzrə) 1 oktyabr 2025-də 236 400 nəfər olub.

Oxşarxəbərlər

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…
CƏMİYYƏT

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
57
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
55
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
CƏMİYYƏT

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

17/06/2026 20:06
55
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…
CƏMİYYƏT

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…

17/06/2026 19:41
56
Bakıda yeni bazar fəaliyyətə başladı
CƏMİYYƏT

Bakıda yeni bazar fəaliyyətə başladı

17/06/2026 18:36
55
Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq
CƏMİYYƏT

Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq

17/06/2026 18:00
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

17/06/2026 23:25
56
Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
57
Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

17/06/2026 22:54
55
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
57

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In