Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi…

30/04/2026 09:36
CƏMİYYƏT
885 8
Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi…
739
Paylaşım sayı
1k
Baxış sayı

Hamımız neftin əsasən yanacaq sənayesində istifadə olunmasından məlumatlıyıq. Lakin bu xammal müxtəlif məişət əşyaları və hətta qida məhsulları istehsal etmək üçün də istifadə olunur.

Gündəm24.az Axar.az-a istinadən neftdən hazırlanan və sizi təəccübləndirəcək qida və digər məhsulların siyahısını təqdim edir.

Təsəvvür etmək çətindir, amma neft-kimya sənayesi qida məhsullarında geniş şəkildə istifadə olunur. Hər kəsin tanıdığı və kulinariyada istifadə etdiyi boyalar, qatılaşdırıcılar, ətirləndiricilər və digər qida əlavələri karbohidrogen emalının nəticəsidir. Məsələn, nəfəsi təravətləndirmək üçün nəzərdə tutulan saqqız neft məhsullarından hazırlanır. Saqqızın çeynəmə əsasını neft polimer qatranları, polietilen və parafin təşkil edir.

Konfet, marmelad, şokalad və digər parlaq, rəngli görünüşlərdə olan şirniyyatlarda da neft izləri var. Məsələn, bu məhsullarda Allura Red AC adlı boya, E129 və ya qoruyucu E211 natrium benzoatdan istifadə olunur.

Vanil kremi, vanil lattesi, vanil dondurması, tortlar və şirniyyatlar – bunların hamısı vanilindən hazırlanır. Vanil isə öz növbəsində aromatik karbohidrogen benzoldan hazırlanır.

20-ci əsrin ortalarında amerikalı alimlər bitki və heyvan yağlarına alternativ olan super qida — sıfır kalorili sintetik yağ olestrası hazırlayıblar. İstehsalçılar onu adətən kökəltməyə meyilli olan çipslərə və digər qəlyanaltılara əlavə edirlər. Olestra neftdən istehsal olunan mineral yağdan hazırlanır, ona görə də xarab olmur.

Süni ət bu gün heç kəsi təəccübləndirmir. ABŞ-da sintetik ət məhsullarının istehsalı üzrə ilk təcrübələr 1990-cı illərdə başlamışdısa, Rusiyada karbohidrogenlərdən zülal istehsalı sahəsində inkişaflar 1960-cı illərdə başlayıb. Bu prosesdə maya biokütləsi yetişdirmək üçün parafin adlı neft məhsulundan istifadə edilir. Göbələk mikroorqanizmləri parafini udduqda zəhərli olmayan bir protein istehsal edir və bu protein emaldan, filtrasiyadan və təmizlənmədən sonra nə dadı, nə də qoxusu olan vitamin-protein konsentratına – paprinə çevrilir. Bu günlərdə paprin kənd təsərrüfatı sahəsindən qida sənayesinə keçib. İstehsalçılar onu kolbasa üçün qiymə ətinə əlavə edirlər.

Bəzi məlumatlara görə, Almaniya müharibədən əvvəl çörək istehsalında neft məhsullarından istifadə edib. İstehsalat zamanı marqarin yağından istifadə olunduğu iddia olunur. Bu iddia SSRİ üçün də səsləndirilib. Bunun üçün əsaslar da var: 1970-ci illərdə SSRİ neft sərvətlərindən maksimum dərəcədə istifadə etməyə çalışıb və qara qızıldan təkcə benzin, rezin və digər yeyilməz şeylər deyil, həm də qida məhsulları çıxarmağın yollarını axtarıb. O dövrdə marqarin yağının tərkibində neft məhsullarından istifadə olunması barədə məqalələr də dərc olunub. Əslində, belə bir ideya olsa da, layihənin heç vaxt həyata keçirilmədiyi deyilir. Neftdən marqarin istehsalı bahalı, texnoloji cəhətdən çətin olub.

Bir neçə məhsulun üzərində palma yağından istifadə olunduğu da qeyd olunur. Lakin palma yağının ərsəyə gətirilməsi olduqca bahalı bir proses olduğundan onun tərkibinin də neftdən alınan məhsullardan hazırlandığı iddia olunur.

Əczaçılıq sənayesi də neft komponentlərindən ən çox istifadə edən sahələrdən biridir. Məsələn, fenollar antibiotiklərin, antiseptiklərin, ağrıkəsicilərin, iltihab əleyhinə və qızdırmasalıcı dərmanların, aspirinin istehsalı üçün əsasdır.

Neftin tərkibində birbaşa spirtin olduğunu demək düzgün deyil. Lakin bu xammal emal zamanı yan məhsul qazlarını buraxır, bunlardan biri də etil spirti (etanol) istehsalı üçün törəmə olan etilendir.

Neft və təbii qazdan əldə olunan neft-kimya məhsulları 6000-dən çox gündəlik əşyada istifadə olunaraq yanacaq, kosmetika və məişət sahələrində geniş yer tutur. Zavodlarda xam neftlə yanaşı digər maye komponentlər və qatqılar da istifadə olunur, bu da son məhsulun həcmini və keyfiyyətini artırır.

Neftdən əldə olunan kimyəvi maddələr gündəlik həyatda otaq ətirləri, vazelin (petroleum jelesi), ətir, təraş kremi, diş pastasında istifadə olunur. Diş məcunlarında və təraş kremlərində polietilen qlikol kimi neft törəmələri tekstura və funksionallıq üçün əlavə olunur. Ətir və otaq spreylərində sintetik aromatik maddələr, boya istehsalında plastik əsaslı komponentlər, bəzi dərmanlarda isə qoruyucu örtüklər neft mənşəli maddələrdən hazırlanır. Vazelin kimi geniş istifadə olunan məhsullar da xam neftin emalı nəticəsində əldə edilir.

Oxşarxəbərlər

Bakıda bu binalar söküləcək: Kompensasiyanın məbləği BİLİNDİ
CƏMİYYƏT

Bakıda bu binalar söküləcək: Kompensasiyanın məbləği BİLİNDİ

22/09/2026 08:21
951
Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
982
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
972
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
965
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
CƏMİYYƏT

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
979
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
CƏMİYYƏT

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
984

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda AĞIR QƏZA: ÖLƏN VAR

Bakıda AĞIR QƏZA: ÖLƏN VAR

22/09/2026 09:24
951
Aygün Kazımova məktəb vaxtı belə imiş – ARXİV

Aygün Kazımova məktəb vaxtı belə imiş – ARXİV

22/09/2026 09:07
951
Lalə Azərtaş Londonda oxuyan qızları ilə – FOTO

Lalə Azərtaş Londonda oxuyan qızları ilə – FOTO

22/09/2026 09:01
951
Dəhşətli qətl baş verdi – VİDEO

Dəhşətli qətl baş verdi – VİDEO

22/09/2026 09:00
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
957

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.