Bazar ertəsi, Oktyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pensiya qalmaqalı: DSMF-nin səhvi niyə vətəndaşa yüklənir? – VİDEO

01/02/2026 14:49
CƏMİYYƏT
786 59
Pensiya qalmaqalı: DSMF-nin səhvi niyə vətəndaşa yüklənir? – VİDEO
699
Paylaşım sayı
971
Baxış sayı

31.01.2026/20:00

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin III çağırış deputatı olmuş akademik Məcid Kərimovun Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verməsi bir sıra məsələni gündəmə gətirib.

Belə ki, akademik pensiyasının azaldılmasına etiraz edərək məhkəməyə müraciət edib. DSMF-nin araşdırmasına görə, deputat fəaliyyəti ilə bağlı ona 4226 manat artıq pensiya ödənildiyi iddia olunur və sonradan aparılan təkrar hesablamada deputatlıq səlahiyyət müddətinin tam beş ili əhatə etmədiyi əsas gətirilərək əvvəlki hesablamada səhv olduğu bildirilib. Nəticədə aylıq 5858 manat əvəzinə 6631 manat ödəniş edildiyi və artıq ödənilmiş 4226 manatın geri tutulmasına qərar verildiyi açıqlanıb. Məhkəmə də pensiyanın yenidən hesablanmasını və artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılmasını qanuni hesab edib. Bu, sosial təminat sistemində dövlət qurumlarının səhvinə görə məsuliyyətin kimə aid olması ilə bağlı geniş müzakirələrə yol açır.

Yanlış hesablama dövlət qurumunun səhvidirsə, artıq ödənilmiş məbləğin vətəndaşdan geri tələb olunması hüquqi və sosial baxımdan nə dərəcədə əsaslıdır?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, kim olmasından asılı olmayaraq – istər nazir, istər Milli Məclisin üzvü, istərsə də sıravi vətəndaş hamının hüquqları var.

Onun sözlərinə görə, şəxs aldığı əməkhaqqına uyğun sosial müavinət və pensiya almaq hüququna malikdir:

“Səhv hesablanıb, artıq ödəniş edilib və vəsait geri qaytarılmalıdır” yanaşması isə, açıq desək, absurd bir məsələdir. Mülki qanunvericilik məsələyə fərqli yanaşır. Orada əsassız varlanma anlayışı var – qanuni əsas olmadan vəsait əldə edilməsi. Amma bu halda dövlət orqanı özü etiraf edir ki, səhv hesablayıb və vətəndaşa ödəniş edib. Belə olan halda vətəndaş niyə məsuliyyət daşımalıdır? Məsələnin digər tərəfini də düşünək: DSMF müəyyən edir ki, artıq ödəniş olub və həmin şəxs ertəsi gün vəfat edir. O halda pulu kimdən alacaqlar? Belə hallarda yalnız gələcək ödənişlərin düzgün hesablanması barədə yeni qərar verilə bilər, amma artıq ödənilmiş vəsaitin geri tələb olunması məntiqsizdir”.

mehman

Mehman Muradlı

Vəkil bildirib ki, qanunvericilik məntiqə söykənməlidir:

“Mən səhv etmişəm, sənə artıq pul vermişəm, indi isə onu səndən geri alıram” yanaşması hüquqi məntiqə ziddir və vətəndaşın hüquqi mənafeyinə açıq şəkildə zərbə vurur. Bu cür yanaşma hər birimizin başına gələ bilər və DSMF də bundan sui-istifadə edir. Son dövrlərdə hakimlərin pensiya hesablamaları ilə bağlı oxşar problemlər də yaşanır. Bir hakim var idi ki, pensiyaya çıxandan sonra iki il müddətində pensiyasını ala bilməmişdi və həmin müddətdə vəfat etmişdi. Yəni insan ömrünün son illərində almalı olduğu sosial təminatdan da məhrum edilmişdi. Bu, sosial müdafiə sistemindəki ciddi problemlərin göstəricisidir”.

Mehman Muradlı daha bir maraqlı məsələyə toxunub:

“Sosial siyasəti həyata keçirən qurumlar, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi real olaraq vətəndaşın deyil, daha çox formal hesabatların və görüntünün qayğısına qalır. “Dövlətin pulunu qoruyuruq” şüarı ilə çıxış edirlər, amma eyni zamanda lazımsız qeyri-yaşayış obyektlərini icarəyə götürür, idarələrin saxlanmasına böyük vəsaitlər xərcləyirlər. Hətta aparılmış yoxlamalar göstərirdi ki, işsizliklə bağlı yığılan vəsaitin təxminən 90 faizi həmin qurumun saxlanmasına sərf olunurdu. Yəni guya iş yerləri yaradılır, amma real olaraq vəsait idarəetməyə və bürokratik strukturların saxlanmasına gedir. Bu isə sosial dövlət anlayışının mahiyyətinə ziddir və sosial siyasətdə ciddi institusional problemlərin mövcudluğunu göstərir”.

Oxşarxəbərlər

Onları da əsgər aparacaqlar – Rəsmi açıqlama
CƏMİYYƏT

Onları da əsgər aparacaqlar – Rəsmi açıqlama

19/10/2026 13:07
955
Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir
Manşet

Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir

19/10/2026 12:46
958
Şamaxıda DƏHŞƏT: Uşaq su bidonuna düşdü
Manşet

Şamaxıda DƏHŞƏT: Uşaq su bidonuna düşdü

19/10/2026 12:21
966
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə – VİDEO
CƏMİYYƏT

Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə – VİDEO

19/10/2026 10:44
975
Qəfil Vəziyyətlərə Hazır Olun: Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ
Manşet

Qəfil Vəziyyətlərə Hazır Olun: Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ

19/10/2026 10:25
1k
SOCAR-da yeni təyinatlar – FOTO
CƏMİYYƏT

SOCAR-da yeni təyinatlar – FOTO

19/10/2026 10:17
992

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Onları da əsgər aparacaqlar – Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar – Rəsmi açıqlama

19/10/2026 13:07
955
Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir

Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir

19/10/2026 12:46
958
İntensiv yağış yağacaq – Proqnoz verildi

İntensiv yağış yağacaq – Proqnoz verildi

19/10/2026 12:41
959
Şamaxıda DƏHŞƏT: Uşaq su bidonuna düşdü

Şamaxıda DƏHŞƏT: Uşaq su bidonuna düşdü

19/10/2026 12:21
966

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
983

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
992

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.