“Bu günə qədər bir missiyam vardı: səhər Ceyhunu oyatmaq, məktəbə yola salmaq. Onun da məktəb illəri bitdi… İndi evdə başqa bir səssizlik başlayır. Bəlkə də qocalığa gedən yol”.
Gündəm24.az xəbər verir ki, bunu jurnalist Qənirə Ataşova bildirib. O bildirib ki, yalançı evlilikdənsə, keyfiyyətli təklik gözəldir:
“Əgər yaşasam, bundan sonra həyatım iş, kitablar və özümə quracağım kiçik kitabxana ilə keçəcək. Tək qalmaqdan qorxmuram artıq. Çünki yalançı evliliklərdənsə, keyfiyyətli təklik daha gözəldir. İnsan bəzən yalnız qalanda özünü daha çox tapır. Tək qalmaq qorxulu deyil; qorxulu olan, özünü itirdiyin yerdə qalmaqdır”. \\yenisabah













