Cümə axşamı, Oktyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq-FOTO

26/08/2026 00:05
CƏMİYYƏT, Manşet
817 34
Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq-FOTO
704
Paylaşım sayı
978
Baxış sayı

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Gündəm24.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. 

Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir.

Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmayacaq:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;

“Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edəcəklər.

Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə biləcəklər. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda müəyyən edilmiş ödəniş 10 əmsal tətbiq edilməklə hesablanacaq.

Tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda müəyyən edilmiş ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanacaq.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri “Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri”ndə nəzərdə tutulmuş ödənişlərdən azad etməyəcək.

Oxşarxəbərlər

Bankda pulu olanların DİQQƏTİNƏ: itirə bilərsiniz
CƏMİYYƏT

Bankda pulu olanların DİQQƏTİNƏ: itirə bilərsiniz

22/10/2026 14:19
951
Kriminal

Bakıda DƏHŞƏTLİ QƏTL: sahibkar oğlu tərəfindən öldürüldü

22/10/2026 14:17
951
Metropoliten rəisinə yeni müavin təyin olunub
CƏMİYYƏT

Metropoliten rəisinə yeni müavin təyin olunub

22/10/2026 13:52
951
Bina evində qalanların NƏZƏRİNƏ
CƏMİYYƏT

Bina evində qalanların NƏZƏRİNƏ

22/10/2026 13:23
951
Paşinyan azərbaycanlı çobandan danışdı
Manşet

Paşinyan azərbaycanlı çobandan danışdı

22/10/2026 12:57
953
Prezident 2 fərman imzaladı
Manşet

Prezident 2 fərman imzaladı

22/10/2026 12:30
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bankda pulu olanların DİQQƏTİNƏ: itirə bilərsiniz

Bankda pulu olanların DİQQƏTİNƏ: itirə bilərsiniz

22/10/2026 14:19
951

Bakıda DƏHŞƏTLİ QƏTL: sahibkar oğlu tərəfindən öldürüldü

22/10/2026 14:17
951
Metropoliten rəisinə yeni müavin təyin olunub

Metropoliten rəisinə yeni müavin təyin olunub

22/10/2026 13:52
951
Bina evində qalanların NƏZƏRİNƏ

Bina evində qalanların NƏZƏRİNƏ

22/10/2026 13:23
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
955

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
958

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
970

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.