Sumqayıt idmanının tanınmış simaları – “Əməkdar məşqçi”, “Tərəqqi” medalçısı Vaqif Zeynalovun 80, Afina Olimpiadasının bürünc mükafatçısı, “Əməkdar məşqçi” və “Tərəqqi” medalçısı Fuad Aslanovun isə 50 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov yubilyarları təbrik edərək onların şəhərdə idmanın inkişafına və gənc idmançıların yetişdirilməsinə verdikləri töhfələri yüksək qiymətləndiriblər.
Sonda Vaqif Zeynalov və Fuad Aslanov Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.












