Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?

01/05/2026 14:45
Dünya
810 52
Bu dövlətlər İranı düşmən elan etdi – Nə baş verir?
714
Paylaşım sayı
991
Baxış sayı

Yaxın Şərqdə cərəyan edən son hadisələr regionun siyasi xəritəsində yeni və təhlükəli bir cəbhənin açıldığını göstərir. İranın uzun illərdir davam edən təcrid olunma prosesi, artıq qonşu ərəb dövlətlərinin açıq şəkildə qarşı tərəfə keçməsi ilə yeni bir müstəviyə qədəm qoyub. Azərbaycanın İrana qarşı münasibəti tarixən mürəkkəb olsa da, rəsmi Bakı hər zaman qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə sadiq qalıb. Hətta beynəlxalq təzyiqlərin ən pik həddində belə Azərbaycan öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyib, humanitar yardımlarını əsirgəməyib və Tehranla diplomatik kanalları daima açıq saxlayıb. Lakin bu gün körfəz ölkələrinin — BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərin ABŞ və İsrailin hərbi əməliyyatlarına öz ərazilərindən şərait yaratması bölgədəki tarazlığı tamamilə dəyişib.

Politoloq Məhəmməd Əsədullazadə: "İran ABŞ-ni quru əməliyyatlarına cəlb  etməyə çalışır ki, "qonaqlar"a FPV dronları ilə zərbə endirsin"

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın qonşuları olan körfəz ölkələrinin bu addımı beynəlxalq hüququn və qonşuluq dəyərlərinin birbaşa tapdanmasıdır: “Birmənalı şəkildə körfəz ölkələrinin İrana qarşı fəaliyyəti düşmən hərəkətidir. Qonşular arasında müharibə ola bilər və sabah barışıq mümkündür, necə ki, Azərbaycan və Ermənistan arasında bu prosesi görürük. Lakin körfəz ölkələri İrandan onlara birbaşa hərbi təhdid olmadan bu əməliyyatlara dəstək verdilər. Onlar iddia edirdilər ki, İran mülki obyektləri vurur, halbuki həmin obyektlərdə İsrail və ABŞ hərbçiləri yerləşmişdi. Bu, qonşuluq münasibətlərinə sığmayan bir davranışdır”.

Politoloq qeyd edib ki, kənar güclərin bölgəyə müdaxiləsinə şərait yaratmaq qonşu dövlətin varlığını təhdid altına almaqdır: “Uzaq bir regiondan gələn ölkə sənin qonşunu vurursa və sən ona yardım edirsənsə, artıq sənin qonşu kimi varlığın digəri üçün təhdidə çevrilir. Körfəz ərəb ölkələri öz qonşularına qarşı heç nədən düşmən kimi davranıblar. Biz Ermənistana Rusiya dəstək verəndə kəskin etirazımızı bildirmişdik, halbuki Moskva bunu gizli etməyə çalışırdı və müharibə zamanı məcburi şəkildə neytral qaldı. Biz həmçinin İranın Ermənistanla əməkdaşlığını da sərt tənqid edirik, çünki bu, bizim milli maraqlarımıza toxunur”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, İrandakı rejimə münasibətdən asılı olmayaraq, qonşu dövlətlərin bu hərəkəti bağışlanmazdır: “İrandakı rejimdən xoşumuz gəlməyə bilər, lakin bu, qonşu dövlətin ərazisindən başqa bir dövlətin hücumuna şərait yaratmağa əsas vermir. Məsələn, əgər Fransa Azərbaycana qarşı gəlib Gürcüstan ərazisindən hücum edirsə, biz Tbilisiyə necə baxmalıyıq? Eyni məntiq burada da keçərlidir. Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri bölgədə gərginliyi azaltmaq əvəzinə, alovun üzərinə yağ tökməklə gələcəkdə özləri üçün də ciddi təhlükəsizlik problemləri yaradırlar”.

Oxşarxəbərlər

İraqdan İranla bağlı qərar
Manşet

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
971
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Dünya

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21/09/2026 23:22
953
“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham
Dünya

“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham

21/09/2026 23:04
953
Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı
Dünya

Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı

21/09/2026 22:49
955
ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…
Dünya

ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…

21/09/2026 22:19
1k
Serdar Ortaç vəsiyyətini açıqladı
Dünya

Serdar Ortaç vəsiyyətini açıqladı

21/09/2026 21:53
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
971
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
959
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
955
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.