Yəmən hökuməti ölkədə fəaliyyət göstərən husi hərəkatına (“Ənsar Allah”) qarşı hərbi əməliyyatlara başlamağa hazır olduğunu açıqlayıb.
Gündəm24.az xəbər verir ki, Yəmənin müdafiə naziri Taher əl-Ukayli ordunun ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.
Nazirin sözlərinə görə, hökumət qüvvələrinin əsas məqsədi “Ənsar Allah” hərəkatının həyata keçirdiyi çevrilişə son qoymaq və ölkədə dövlət hakimiyyətini tam bərpa etməkdir.
Məlumata görə, son günlər ölkənin müxtəlif bölgələrində hökumət qüvvələri ilə husilər arasında toqquşmalar yenidən intensivləşib. Bunun fonunda rəsmi Səna husilərin nəzarətində olan ərazilərdə yaşayan sakinlərə müraciət edərək onları qiyamçıların tərəfində silahlı qarşıdurmaya qoşulmamağa çağırıb.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında silahlı qarşıdurma uzun illərdir davam edir və ölkə Yaxın Şərqin ən ağır humanitar böhranlarından biri ilə üz-üzədir. Son açıqlamalar isə qarşıdurmanın daha genişmiqyaslı hərbi mərhələyə keçə biləcəyini göstərir./modern














