Estoniya parlamenti – Riigikogu – gizli səsvermə yolu ilə Ədliyyə Kansleri Ülle Madiseni ölkənin yeni prezidenti seçib.
Gündəm24.az TASS-a istinadən xəbər verir ki, Madisen prezident vəzifəsində beş il müddətinə fəaliyyət göstərəcək.
Parlamentin mətbuat xidməti səsvermə prosesini canlı yayımlayıb.
Məlumata görə, 71 deputat Madisenin namizədliyini dəstəkləyib, 7 deputat isə onun əleyhinə səs verib.//ajans.az














