ABŞ-nin Nyu-Cersi ştatının Bellevil şəhərində baş verən irimiqyaslı yanğın yerli hakimiyyət orqanlarını fövqəladə tədbirlər görməyə məcbur edib. Çoxmənzilli yaşayış binalarını və kommersiya obyektlərini bürüyən yanğın səbəbindən şəhərdə fövqəladə vəziyyət rejimi elan olunub.
Gündəm24.az xəbər verir ki, alovun sürətlə yayılması nəticəsində onlarla sakin təxliyə edilib, əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Güclü külək yanğının söndürülməsini çətinləşdirsə də,
yanğınsöndürənlər alovun qonşu məhəllələrə keçməsinin qarşısını almağa çalışırlar. Şəhər rəhbərliyi sakinləri ehtiyatlı olmağa və zərurət yaranmadıqca hadisə yerinə yaxınlaşmamağa çağırıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Xəsarət alanlar barədə hələlik rəsmi məlumat daxil olmayıb./NOCOMMENT.az














