Bazar, Noyabr 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ermənilər Krasnodarda “İkinci Qarabağ” yaradır

09/09/2026 20:32
Dünya
829 9
Ermənilər Krasnodarda “İkinci Qarabağ” yaradır
693
Paylaşım sayı
963
Baxış sayı

Rusiyanın Krasnodar diyarı uzun illərdir erməni diasporunun ən sıx məskunlaşdığı bölgələrdən biri kimi tanınır. Rəsmi siyahıyaalmada ermənilər ruslardan sonra diyarda ən böyük etnik qrupdur. 2021-ci il siyahıyaalmasına görə Krasnodarda 211 mindən çox erməni yaşayır və onların payı 3,62 faiz təşkil edir.

Lakin burada diqqət çəkən məqam yalnız rəqəm deyil. İllərdir erməni icması tərəfindən real sayın rəsmi statistikadan xeyli yüksək olduğu barədə müxtəlif rəqəmlər səsləndirilir. Məsələn, Rusiyadakı erməni icmasının bəzi nümayəndələri əvvəlki illərdə Krasnodar vilayətində 1 milyon erməninin yaşadığını iddia ediblər.

Krasnodarın ermənilər üçün cəlbedici olmasının səbəblərindən biri burada formalaşmış tarixi icmadır. Bölgədə ermənilərin məskunlaşması yeni proses deyil. Hətta sovet dövründə burada ayrıca Erməni Milli Rayonu mövcud olub. Rayon 1925-ci ildə yaradılıb, əsasən ermənilərin yaşadığı əraziləri əhatə edib və 1953-cü ildə ləğv olunaraq ərazisi qonşu rayonlar arasında bölüşdürülüb.

Başqa sözlə, bugünkü Krasnodar erməni diasporu üçün sadəcə yeni yaşayış məkanı deyil. Burada tarixən formalaşmış kəndlər, ailə əlaqələri, dini və ictimai institutlar mövcuddur. Bölgədə erməni kilsələri və müxtəlif milli-mədəni təşkilatlar da fəaliyyət göstərir. Son illərdə bu mənzərəyə daha bir amil əlavə olunub – Qarabağdan könüllü şəkildə köçən ermənilər. Qarabağdan köçən ermənilərin bir hissəsinin Rusiya ilə əvvəldən mövcud olan ailə və qohumluq əlaqələri var. Xüsusilə, Krasnodar, Soçi və digər Rusiya şəhərlərində yaşayan qohumların olması yeni gələnlər üçün məhz bu bölgəni potensial məskunlaşma istiqamətinə çevirib.

Bu, diaspor miqrasiyasında klassik mexanizmdir: artıq müəyyən icmanın formalaşdığı əraziyə yeni gələnlər üçün yaşayış, iş, sosial əlaqələr və qohum dəstəyi tapmaq daha asan olur. Beləliklə, ayrı-ayrı ailələrin köçü zamanla daha kompakt məskunlaşmaya çevrilə bilər. 2023-cü ildən sonra Qarabağdan köçən ermənilərin bir hissəsinin Rusiyanın cənubuna, o cümlədən Krasnodar istiqamətinə yönəlib. 2026-cı ildə isə müxtəlif erməni mənbələri Qarabağdan köçənlərin Rusiya ilə əlaqələrini və bu icmaların dəstək mexanizmlərini ayrıca qeyd ediblər.

Krasnodardakı erməni icmasının diqqət çəkən başqa xüsusiyyəti onun yalnız say baxımından deyil, iqtisadi və ictimai baxımdan da təşkilatlanmasıdır. Müxtəlif araşdırmalarda ermənilərin bölgədə biznes strukturlarında fəal olduğu, milli-mədəni təşkilatların və dini icmaların fəaliyyət göstərdiyi qeyd edilir. Bu vəziyyət Rusiya cəmiyyətində bəzi dairələrdə “Krasnodarda erməni icmasının xüsusi təsiri” barədə müzakirələrə səbəb olur. Bununla yanaşı, Aroyan, Silikyan və Movsesyan kimi ayrı-ayrı ailələrin və biznes qruplarının bölgədə yüz minlərlə və hətta milyonlarla hektar torpağa sahib olması barədə internetdə yayılan iddialar mövcuddur.

Krasnodarla bağlı ən mübahisəli iddialar isə məsələnin gələcək siyasi perspektivi ilə bağlıdır. Bəzi erməni millətçi dairələri, bölgədə kök salmış “Daşnaksütyun” partiyasının üzvləri Krasnodarın “ermənilərin tarixi məskunlaşma ərazisi” kimi təqdim edilməsinə, keçmiş Erməni Milli Rayonunun xatırladılmasına və bölgədə erməni icmasının gələcəkdə daha da güclənməsinə çağırış edir. Bu yanaşmalar bəzən daha irəli gedərək Krasnodarda keçmiş milli rayon modelinin bərpası və hətta bölgənin gələcək siyasi statusunun dəyişdirilməsi ilə bağlı istəklərə qədər uzanır. Eyni şəkildə, bölgədə ermənilərdən ibarət silahlı və ya “hərbiləşdirilmiş” dəstələrin fəaliyyət göstərməsi barədə yayılan görüntülər də Rusiya xüsusi xidmət orqanları tərəfindən yoxlanılmalıdır.

Beləliklə, Krasnodardakı mənzərəni yalnız etnik statistika ilə izah etmək mümkün deyil. Burada yüzillik miqrasiya tarixinin, sovet dövründən qalan məskunlaşmanın, güclü qohumluq əlaqələrinin, diaspora institutlarının və son illərdə Ermənistan və Azərbaycanın Qarabağ bölgəsindən köçlərin üst-üstə düşməsi müşahidə olunur. Bu tendensiya davam edərsə, Krasnodar və Soçi istiqamətinə yerləşməyə davam edərsə, bu, bölgədəki demoqrafik və sosial prosesləri daha da gücləndirə bilər.

Rusiyanın Ukrayna ilə müharibədə ciddi itkilər verdiyini, daxildə sosial və siyasi narazılığın artdığını da nəzərə aldıqda, Krasnodar diyarında erməni millətçilərinin silahlı çıxışı və bölgəni “İkinci Qarabağ”a çevirmək cəhdi rəsmi Moskva tərəfindən nəzərə alınmalı faktdır. /modern.az

Oxşarxəbərlər

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı
Dünya

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı
Dünya

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident… – Anbaan video
Dünya

Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident… – Anbaan video

28/11/2026 17:32
958
Nazir bu xəbəri prezidentə ağlayaraq çatdırdı
Dünya

Nazir bu xəbəri prezidentə ağlayaraq çatdırdı

28/11/2026 15:12
955
Əfqanıstanda məktəbdə partlayış: 6 nəfər öldü
Dünya

Əfqanıstanda məktəbdə partlayış: 6 nəfər öldü

28/11/2026 13:26
954
Tramp Putindən bunu tələb etdi
Dünya

Tramp Putindən bunu tələb etdi

28/11/2026 12:08
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

28/11/2026 18:27
957
Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

28/11/2026 18:05
959
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

27/11/2026 08:34
957

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
964

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
962

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
968

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.