Ermənistanı Rusiyaya zərər vurmaq məqsədilə yanlış məntiqə sürükləməyə çalışırlar.
Gündəm24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Rusiya XİN rəhbəri bildirib ki, Qərb ölkələri Moskvaya ziyan vurmaq üçün İrəvanı səhv istiqamətə yönəltmək xətti yürüdür:
“Ermənistanı Rusiyaya zərər vurmaq üçün yanlış məntiqə sürükləməyə çalışırlar”.
S.Lavrov Qərbin Rusiyaya qarşı siyasət yürütdüyünü və Ermənistan başda olmaqla, Moskvanın qonşuları və müttəfiqləri ilə olan münasibətlərini pozmağa çalışdığını əlavə edib./Teleqraf














