Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Göyərtədə “Boeing”in mütəxəssisləri olub: DƏHŞƏTLİ QƏZANIN DETALLARI

18/06/2026 08:15
Dünya
41 1
Göyərtədə “Boeing”in mütəxəssisləri olub: DƏHŞƏTLİ QƏZANIN DETALLARI
53
Baxış sayı

ABŞ-nin Kaliforniya ştatındakı “Edvards” aviabazasının yaxınlığında iyunun 15-də baş vermiş “B-52 Stratofortress” strateji bombardmançı təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı araşdırma aparılır.

Gündəm24.az  xəbər verir ki, “Forbes” nəşrinin yazdığına görə, bu qəza təkcə göyərtədəki 8 nəfərin həyatına son qoymayıb, həm də ABŞ-nin onsuz da məhdud sayda olan və orta yaşı 64-ü ötən bu növ təyyarə parkını bir qədər də azaldıb.

Sözügedən strateji bombardmançı təyyarələrin istehsalı hələ 1962-ci ildən dayandırılıb.

Faciədən bir gün sonra açıqlanan uçuş trayektoriyasının izlənməsi məlumatlarına görə, təyyarə yerə çırpılmazdan əvvəl 180 dərəcəlik dönüşünü tamamlamaq üzrə olub.

Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Nəşr qeyd edir ki, tam və hərtərəfli araşdırmanın aparılması azı yarım il çəkə bilər.

Bunu da oxu
Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
Tramp və Pezeşkian ABŞ-İran sazişini imzaladılar – VİDEO
“ABŞ 48 saat ərzində memorandum imzalayacaq”
Göyərtədə ümumilikdə 8 nəfər – hərbçilər və mülki podratçılar olub. Onların hamısı həlak olub. “Boeing” şirkəti də ölənlər arasında iki əməkdaşının olduğunu rəsmən təsdiqləyib.

“Forbes” xatırladır ki, ABŞ-nin strateji bombardmançı təyyarələrinin qəzaya uğraması olduqca nadir hallarda baş verir. Bundan əvvəlki analoji qəza 2026-cı ilin yanvarında qeydə alınıb. Həmin vaxt “B-1B Lancer” təyyarəsi zəif görünüş şəraitində eniş etməyə cəhd göstərərkən qəzaya uğrayıb. Lakin o zaman heyətin dörd üzvünün hamısı sağ qalmağı bacarıb. “B-52” təyyarəsinin iştirakı ilə baş verən sonuncu ölümlə nəticələnən qəza isə xeyli əvvəl – 2008-ci ildə Sakit okeandakı Quam adası yaxınlığında baş verib.

İtirilən təyyarə ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün xüsusi əhəmiyyət kəsb edirdi. Məlumata görə, bu təyyarə “B-52” radarlarının modernləşdirilməsi proqramı çərçivəsində istifadə olunurdu. Bundan əlavə, “Edvards” aviabazasında yerləşən bu tipli təyyarələr yeni texnologiyalar üçün hava sınaq platforması rolunu oynayır. Müəllif qeyd edir ki, göyərtədə “Boeing” şirkətinin mülki mütəxəssislərinin olması da məhz bununla bağlı olub.

2026-cı ilin əvvəlinə olan məlumata görə, ABŞ HHQ-nin arsenalında 76 ədəd “B-52H” bombardmançı təyyarəsi olub ki, onlardan da 58-i aktiv istismarda, 18-i isə ehtiyatda saxlanılırdı. Son qəzadan sonra bu say daha bir təyyarə azalıb və itirilən texnikanı qısa müddətdə əvəzləmək faktiki olaraq qeyri-mümkündür.

Kifayət qədər köhnə olmasına baxmayaraq, “B-52” ABŞ-nin bombardmançı aviasiyasının əsasını təşkil etməkdə davam edir.

Hazırda ABŞ HHQ bu təyyarələrin genişmiqyaslı modernləşdirilməsi proqramını həyata keçirir. Proqram yeni “Rolls-Royce F130” mühərriklərinin quraşdırılmasını və göyərtə radarlarının yenilənməsini nəzərdə tutur. Gözlənilir ki, modernləşdirmə başa çatdıqdan sonra yenilənmiş təyyarələr “B-52J” indeksini alacaq və ən azı 2030-cu illərin sonuna qədər silahlanmada qalacaq.

Qeyd edək ki, son günlərdə hərbi təyyarələrin iştirakı ilə daha iki aviasiya qəzası qeydə alınıb. İyunun 15-də Rusiyanın İrkutsk vilayətində “Tu-22M3” strateji bombardmançı təyyarəsi sursatsız təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə Svirsk şəhəri yaxınlığında, Anqara çayının sahilinə düşüb, hadisə yerində yanğın başlayıb və göyə qara tüstü dumanı ucalıb. Təyyarə heyəti katapult edə bilib.

Növbəti gün, iyunun 16-da isə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin 7-ci taktiki aviasiya briqadasına məxsus “Su-24M” cəbhə bombardmançı təyyarəsi Xmelnitski vilayətində qəzaya uğrayıb. Tapşırığı yerinə yetirərkən pilot və şturman həlak olub, mülki şəxslər arasında isə xəsarət alan olmayıb.

Oxşarxəbərlər

TƏCİLİ: Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı – Nə baş verir?
Dünya

TƏCİLİ: Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı – Nə baş verir?

18/06/2026 11:44
53
Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
Dünya

Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu

18/06/2026 09:28
55
Tramp və Pezeşkian anlaşma memorandumunu imzaladı
Dünya

Tramp və Pezeşkian anlaşma memorandumunu imzaladı

18/06/2026 08:54
53
Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK
Dünya

Ermənistanda çevriliş? – Rusiyanın adamından ŞOK

17/06/2026 23:25
56
Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?
Dünya

Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

17/06/2026 22:54
55
Rusiyada Hakan Fidana fəxri ad verildi
Dünya

Rusiyada Hakan Fidana fəxri ad verildi

17/06/2026 22:10
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
59
TƏCİLİ: Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı – Nə baş verir?

TƏCİLİ: Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı – Nə baş verir?

18/06/2026 11:44
53
Prokuror “Arzum”a ağır cəza istədi

Prokuror “Arzum”a ağır cəza istədi

18/06/2026 11:25
54
Fərhad Abdullayev: “Süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz”

Fərhad Abdullayev: “Süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz”

18/06/2026 11:16
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
59

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
57

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
56

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.