Rusiyanın paytaxtı Moskva ətrafında genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumları fonunda şəhərin bütün əsas aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Gündəm24.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski aeroportları təhlükəsizlik məqsədilə hazırda nə uçuşları qəbul edir, nə də reysləri həyata keçirir.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan və zərərsizləşdirilən PUA-ların sayının 180-ə çatdığını açıqlamışdı.
Məlumata əsasən, dronların hədəfləri arasında Moskva Neft Emalı Zavodu, eləcə də “Sadovod” ticarət mərkəzinin binalarından biri də olub.
Hadisə ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülür. Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını bildirirlər.//KONKRET.az












