“İran ABŞ ilə istənilən müvəqqəti atəşkəs razılaşmasını rədd edir, çünki bu, müharibənin yenidən başlamasına səbəb olacaq”.
Gündəm24.az Ajans.az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.
“Biz müvəqqəti atəşkəsi qəbul etmirik. Çünki bu, diplomatik resursları tükəndirən və sonra müharibəyə qayıdışa səbəb olan pis dövrədir. Buna son qoyulmalıdır”, – o bildirib.













