Müharibə səbəbindən daxili uçuşlarını dayandıran İranın milli aviaşirkəti “Iran Air” fəaliyyətini yenidən bərpa edir.
Sfera.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, aviaşirkət sabahdan etibarən ölkədaxili reyslərin icrasına başlayacaq.
Bununla da 50 gündür davam edən uçuş fasiləsinə son qoyulacaq.
Məlumata görə, bərpa ediləcək ilk marşrut Tehran-Məşhəd xətti olacaq. Sözügedən istiqamət üzrə həm gediş, həm də dönüş reysləri elə sabahdan etibarən sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, “Iran Air” bölgədəki hərbi gərginlik və müharibə şəraiti fonunda təhlükəsizlik məqsədilə daxili uçuşlarını müvəqqəti dayandırmışdı.














