İran dronlarının hücumu nəticəsində Küveyt Beynəlxalq Hava Limanında yanacaq çənləri partlayıb və böyük yanğın baş verib.
Gündəm24.az xəbər verir ki, bunu Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəsmi nümayəndəsi Abdullah əl-Raci deyib.
“Hücum zamanı yanacaq çənləri hədəf alınıb, nəticədə hadisə yerində böyük yanğın baş verib. Tələfat yoxdur”, – o bildirib.













