İranın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin tanklerlərinə ABŞ-nin hücumunu qınayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında qeyd olunub.”ABŞ-nin İrana qarşı hərbi təcavüzünün davamı, dəniz mühasirəsi və iqtisadi müharibəsinin bir hissəsi kimi törədilən bu qeyri-qanuni hərəkətlər BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması, müharibə cinayəti və beynəlxalq sülhə, eləcə də ticarət gəmiçiliyinin təhlükəsizliyinə qarşı açıq bir təhdiddir”, İran XİN-dən bildirilib.














