Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında seçim sınağı ilə üzləşib.
Gündəm24.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“İndi qonşu Ermənistan da Aİ tipli “ya bu, ya da o” testindən keçir. Prezident Vladimir Putin mayın 9-da keçirilən mətbuat konfransında bu mövzu haqqında ətraflı danışıb. Ermənistan özü qərar verməlidir, öz seçimini etməlidir: AİB-də qalmaq, yoxsa Aİ-yə qoşulmaq istəyir? Erməni xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq, amma bu seçim edilməlidir”, – o bildirib.
Lavrovun sözlərinə görə, İrəvan artıq Aİ-yə üzvlüklə bağlı qanun qəbul edib:
“Əgər belə bir qanun varsa, deməli, artıq məsələyə dair qəti mövqeyə maliksiniz. Amma bu halda gəlin, dediyimiz sözlərə görə məsuliyyət daşıyaq və bunu xalqa bəyan edək”.














