Almaniyanın Neu Zittau şəhərindəki məktəbdə iki nəfər öldürülüb.
Gündəm24.az xəbər verir ki, bu barədə “Märkische Allgemeine Zeitung” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.
Şübhəli hücumçu həbs edilib.
Qurbanlardan biri 18 yaşlı lisey şagirdi, digəri isə 30 yaşlı kişidir. İlkin məlumata görə, sonuncu cinayətkarı dayandırmağa çalışarkən öldürülüb.
Hücum edən şəxsin 19 yaşı var. Qəzetin məlumatına görə, o, qətlə yetirilən qızın keçmiş sevgilisidir. Onun məktəbdə oxuyub-oxumadığı hələlik məlum deyil. Polis şübhəlinin miqrant olması barədə heç bir məlumat yaymayıb.














