İspaniyanın Villena şəhərindəki bir muzey bir neçə dəqiqə ərzində qarət edilib və Avropanın ən əhəmiyyətli tarixdən əvvəlki qızıl artefakt kolleksiyalarından biri olan məşhur “Villena Xəzinəsi”nin böyük hissəsi oğurlanıb.
Gündəm24.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, 66 əşyadan əksəriyyəti oğruların əlinə keçib.
Villena muzeyindəki siqnalizasiya sistemi yerli vaxtla təxminən saat 05:20-də işə düşüb. Dörd dəqiqə sonra soyğunçular binanı tərk ediblər. Şəhər rəsmilərinin sözlərinə görə, əməliyyat “çox tez və peşəkarcasına” həyata keçirilib.














