Rusiya Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla həlli istiqamətində səylərini davam etdirməyə və yeni təşəbbüslərin müzakirəsinə hazırdır.
Gündəm24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Moskva indiyədək siyasi-diplomatik həll yolundan heç vaxt imtina etməyib və Alyaskada keçirilən görüş zamanı əldə olunan qarşılıqlı anlaşmalar əsasında yeni təklif və ideyaları nəzərdən keçirməyə hazırdır.
Zaxarova qeyd edib ki, yeni təşəbbüslərə keçməzdən əvvəl daha öncə müzakirə olunan məsələlərin dəqiqləşdirilməsi vacibdir.
“Biz mümkün müzakirələrə, təkliflərə və ideyalara açığıq. Lakin bundan əvvəl artıq müzakirə edilən məsələlərin aydınlaşdırılması düzgün və faydalı olardı. Bu, gələcəkdə yeni ideyaların formalaşmasına da kömək edə bilər”, – deyə o vurğulayıb.
Rusiya rəsmisi əlavə edib ki, Moskva Ukrayna böhranının həlli ilə bağlı dialoqu qarşılıqlı anlaşma əsasında davam etdirməyə hazırdır./globalinfo














