Ermənistanın Baş naziri Nikol Paşinyan “bütün rəqiblərini seçkilərdən kənarlaşdırmağa çalışır” və buna görə də səsvermə “legitim hesab edilə bilməz”, – deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Gündəm24.az xəbər verir ki,”Bu halda seçkilərin özü açıq-aydın legitim hesab edilə bilməz. Hətta Vaşinqton və Brüssel belə bunu bağışlamır”, – deyə Medvedev X sosial media saytında ingilis dilində yazıb.
Ermənistanda parlament seçkiləri sabah, 7 iyun tarixinə planlaşdırılıb. Hakim Vətəndaş Müqaviləsi Partiyası da daxil olmaqla, on doqquz siyasi qüvvə iştirak edir.//Oxu24.com














