ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hərbi əməliyyatların başladığını rəsmən elan edib. Qurumun sosial şəbəkədəki rəsmi hesabında yayılan məlumata görə, ölkə daxilində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə qarşı zərbələr endirilməyə başlanılıb.
Gündəm24.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bu addımın səbəbini açıqlayıb. Bildirilib ki, İrana zərbələr məhz SEPAH-ın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi və ticarət gəmilərini hədəf alan son təhlükəli hücumlarına cavab olaraq endirilib./nocomment.az














