Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Tehrandan Trampa üç şərt: Hörmüzün “açarı” kimə veriləcək?

24/03/2026 15:15
Dünya
821 43
Tehrandan Trampa üç şərt: Hörmüzün “açarı” kimə veriləcək?
715
Paylaşım sayı
993
Baxış sayı

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda, Tehranın müharibəni dayandırmaq üçün irəli sürdüyü şərtlər regionun gələcək taleyini müəyyən edən əsas amilə çevrilib.

İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, SEPAH-ın keçmiş komandanı Möhsün Rzayi rəsmi Tehranın geri çəkilməyəcəyi üç əsas şərti açıqlayıb: müharibə dəymiş ziyanın ödənilməsi, bütün iqtisadi sanksiyaların tamamilə aradan qaldırılması və ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına dair rəsmi zəmanət verməsi.

Rzayi bu şərtləri “xalqın və silahlı qüvvələrin ortaq qərarı” kimi təqdim edərək, ABŞ-ni onilliklərdir İran iqtisadiyyatını boğmaqda ittiham edib. Onun iddiasına görə, Vaşinqtonun əsas planı İranı beş hissəyə bölmək və strateji neft əyalətlərini mənimsəməkdir. Qeyd edək ki, fevralın 28-də Əli Xameneinin öldürülməsindən sonra bölgədə hərbi əməliyyatlar daha da intensivləşib. Prezident Donald Tramp Hörmüz boğazının açılması üçün Tehranla “yaxşı danışıqlar” aparıldığını bildirsə də, İran tərəfi hələlik hər hansı birbaşa təması qətiyyətlə inkar edir.

Asif Şəkərli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, Möhsün Rzayinin dilə gətirdiyi şərtlər Tehranın hərbi dalandan çıxış üçün irəli sürdüyü maksimum tələblərdir:

“İran rəhbərliyinin irəli sürdüyü bu üç şərt əslində real sülh təklifindən ziyadə, həm daxili auditoriyanı sakitləşdirmək, həm də beynəlxalq masada qiyməti qaldırmaq məqsədi daşıyır. Xüsusilə Müctəba Xameneinin rəhbərliyə gəlişindən sonra bu tip sərt bəyanatların verilməsi rejimin zəifləmədiyini göstərmək cəhdidir. Lakin iqtisadi sanksiyaların tam aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi kimi tələblər indiki şəraitdə ABŞ və İsrail tərəfindən qəbul edilən görünmür.

Rzayinin ölkənin beş hissəyə bölünməsi barədə xəbərdarlığı isə İran daxilindəki etnik gərginliyin və separatizm qorxusunun hansı səviyyədə olduğunun etirafıdır. Trampın Hörmüz boğazı ilə bağlı nikbin bəyanatları göstərir ki, pərdəarxası müəyyən təmaslar var, lakin İranın hələ də rəsmi şəkildə inkar siyasəti yürütməsi hərbi elitadakı fikir ayrılıqlarından xəbər verir. Bu şərtlər yerinə yetirilmədikcə, enerji müharibəsi fazası daha da kəskinləşəcək və regionun hava məkanının qapalı qalması qlobal logistikaya ağır zərbələr vurmağa davam edəcək”.

Oxşarxəbərlər

İraqdan İranla bağlı qərar
Manşet

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Dünya

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21/09/2026 23:22
956
“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham
Dünya

“Həqiqəti gizlədirlər” — İran XİN rəsmisindən ABŞ-yə ittiham

21/09/2026 23:04
957
Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı
Dünya

Ali tribunadan Qafqaz mesajı – Hakan Fidan Azərbaycandan danışdı

21/09/2026 22:49
957
ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…
Dünya

ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…

21/09/2026 22:19
1k
Serdar Ortaç vəsiyyətini açıqladı
Dünya

Serdar Ortaç vəsiyyətini açıqladı

21/09/2026 21:53
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
983
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
961
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
958
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.