Türkiyənin Giresun şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
Gündəm24.az xəbər verir ki, Giresun limanı yaxınlığında, Qara dəniz Sahil Yolunda yük maşınının iki minik avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Məlumata görə, sürücüsünün kimliyi hələ açıqlanmayan yük maşını hərəkətdə olarkən iki minik avtomobili ilə toqquşub. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları, polis və yanğınsöndürmə qrupları cəlb edilib.
Hadisə yerində aparılan ilkin araşdırma zamanı 5 nəfərin həyatını itirdiyi müəyyən olunub. Yaralanan 6 nəfər isə təcili yardım maşınları ilə şəhərdəki müxtəlif xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.














