Çərşənbə, İyul 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zelenski ilə bağlı qalmaqal böyüyür: Silahlar yoxa çıxdı, Moskvanın əsas tələbi qəbul edildi

01/12/2025 18:00
Dünya
61 3
Zelenski ilə bağlı qalmaqal böyüyür: Silahlar yoxa çıxdı, Moskvanın əsas tələbi qəbul edildi
81
Baxış sayı

Son zamanlarda Ukraynada ard-arda baş verən istefalar və Prezident Voldimir Zelenski əleyhinə səsləndirilən ittihamlar diqqət çəkir. Vəzifədən ayrılan hökumət nümayəndələrinin Zelenski ilə bağlı açıqlamaları, o cümlədən korrupsiya ittihamları daxili gərginliyi daha da artırır.

ABŞ-ın təklif etdiyi sülh planı ətrafında danışıqlar fonunda hətta Ukraynada hökumət dəyişikliyi siqnalları verilir. Artıq xalqın da narazı olduğu, Zelenskinin reytinqinin düşdüyü bildirilir və seçkilərlə bağlı çağırışlar səsləndirilir. Vaşinqton və Moskvanın Zelenskinin hakimiyyətdən getməsi tələbləri nəzərə alınaraq, Ukraynada baş verənlər Avropada xüsusi narahatlıq doğurur.

Ukraynada nə baş verir? Yaxın tarixdə Zelenskinin vəzifədən getməsi mükündürmü?

Gündəm24.az  Globalinfo.az-a istinadən xbər verir ki, danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, hələ 2023-cü ildə dünyanın aparıcı media orqanları, o cümlədən “New York Times” Ukraynanın göndərilən silahlardan bəzilərini əldə etmədiyini, bəzilərinin isə istifadəyə tamamilə yararsız olduğunu yazırdı:

“Bu, özlüyündə Rusiya ilə müharibə aparması üçün Ukraynaya göndərilən silahların və yardımların ünvanına nə dərəcədə çatıb-çatmadığını, hansı formada üçüncü ölkələrdə peyda olduğunu sorğulamağa əsas verirdi. Məsələ ilə bağlı yayılan xəbərlərdən sonra müvafiq olaraq 2023-cü ilin sonu, 2024-cü ilin əvvəlində Ukrayna Müdafiə Nazirliyinin xeyli yüksək rütbəli məmurları, o cümlədən nazir, nazir müavini, baş qərargah rəisi və s. vəzifələrindən azad edilmişdilər. Lakin proses səngimədi. Bu ilin may ayında yayılan məlumatlara görə 770 milyon dollarlıq “silah sızması” baş vermişdi. Bu, sadəcə korrupsiya məsələsi deyildi. Post-müharibə dövründə Ukraynanın yenidən qurulması prosesinin kimlərlə aparılacağına dair qərar qəbul edilməli idi. Görünür, Qərb və Ukrayna arasında aparılan danışıqlara əsasən, Zelenskinin özünün “vurulmaması” üçün hazırda onun komanda yoldaşları bir-bir istefaya məcbur edilir”.

Siyasi şərhçi bildirib ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ötən günlərdə “korrupsiya” qalmaqalı ilə əlaqədar istefa verdi və dərhal cəbhəyə yollanacağını açıqladı:

“Zelenski ən yaxın adamlarından birinin istefasına reaksiya olaraq belə demişdi: “Biz hər şeyi itirmək riski ilə üz-üzəyik: özümüzü, Ukraynanı, gələcəyimizi”. Lakin Zelenskinin yaxın silahdaşları ilə yollarını ayırması qlobal təzyiqlər fonunda Ukraynanı qorumaqdan daha çox, özünü və postunu qorumağa xidmət təəssüratı doğurur. Halbuki o, bu ilin əvvəlində ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü zamanı sərt reaksiyalarla üzləşdikdən sonra bildirmişdi ki, Ukrayna üçün sülh və NATO üzvlüyü vəd edilərsə, postunu tərk etməyə hazırdır. O dövrdə də Tramp Zelenskini Rusiya ilə danışıqlara, NATO xülyasından qopmağa sövq edirdi, Ukrayna lideri isə inad göstərirdi. Tramp hələ fevralda Ukraynada seçkilərin keçirilməsinə çağırış etmişdi. Üstündən demək olar ki, bir ilə yaxın vaxt keçib”.

Zelenski ilə bağlı qalmaqal böyüyür: Silahlar yoxa çıxdı, Moskvanın əsas tələbi qəbul edildi
Şəhla Cəlilzadə 

Ş.Cəlilzadə qeyd edib ki, sülh şərtlərində dəyişən heç nə yoxdur:

“Cəbhədəki mövqe masadakı mövqeni təsbit edir. Belə ki, Ukraynanın müharibə cəbhəsində də hər hansı irəliləyişi demək olar ki, yoxdur. Lakin Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması üçün Tramp tərəfindən irəli sürülən 28 maddəlik sülh planına Zelenski hələ də qəti qarşı çıxır. Avropa dövlətlərinin dəstəyi ilə 19 maddəlik sülh planı gündəmə gəlsə də, aydındır ki, burada Rusiyanın “qırmızı xətt” hesab etdiyi məqamların üstündən xətt çəkilib. Bu plan əsasında isə sülh müqaviləsini Moskva ilə razılaşdırmaq çətin məsələdir. Odur ki, Zelenskiyə təzyiqlər artır. Ukrayna lideri ya hakimiyyəti, ya da ölkəsini, yəni onun bir hissəsini təhvil verməlidir. Yaxın zamanda Ukraynada seçkilərin keçirilməsi gözlənilir, Tramp da ikinci dəfə prezident seçildiyi ilk zamanlardan bunu istəyirdi.

Proses Ukrayna üçün sülh dövrünün başlanması ilə paralel şəkildə baş tutacaq. Sülh sazişi əslində mahiyyət etibarilə Ukraynanın ərazilərinin parçalanmasının rəsmiləşdirilməsi demək olacaq. Çünki Rusiyanın hazırkı təmas xətti üzrə işğal etdiyi torpaqlara nəzarəti özündə saxlayacağı və bunun sülh sazişində qeyd olunacağı məlumdur. Beləliklə, fərdi olaraq Zelenski və daha geniş anlamda onun dövləti Rusiya ilə ABŞ-ın siyasi al-verinin, o cümlədən Qərbin fərqli siyasi elitalarının prioritetləri və maraqları arasındakı çəkişmələrin qurbanına çevrilmiş olur. Yanlış hesablar isə hər zaman nəinki fərdlər, o cümlədən dövlətçilik üçün faciələrlə nəticələnir”.

Oxşarxəbərlər

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ
Dünya

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

14/07/2026 22:36
53
Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Dünya

Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir

14/07/2026 21:21
52
Netanyahu AXTARIŞA VERİLDİ
Dünya

Netanyahu AXTARIŞA VERİLDİ

14/07/2026 19:55
56
Putin Tehrana “Qiyamət günü təyyarəsi” göndərdi
Dünya

Putin Tehrana “Qiyamət günü təyyarəsi” göndərdi

14/07/2026 18:34
57
Dünya müharibəsi başlasa, 6 ölkə hədəfdə olacaq – Siyahı
Dünya

Dünya müharibəsi başlasa, 6 ölkə hədəfdə olacaq – Siyahı

14/07/2026 16:11
66
Paul Ronzheimer: Putin çıxılmaz vəziyyətdədir – ŞOK SƏBƏB
Dünya

Paul Ronzheimer: Putin çıxılmaz vəziyyətdədir – ŞOK SƏBƏB

14/07/2026 14:02
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

14/07/2026 23:50
53
Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

14/07/2026 23:29
52
Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

14/07/2026 23:00
53
Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

14/07/2026 22:36
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.