Ukrayna Moskvanı danışıqlar masasına oturtmaq üçün enerji infrastrukturuna hücumları artırması fonunda Rusiyanın müharibə üçün istifadə etdiyi obyektlərə də qabaqlayıcı zərbələr endirəcək.
Gündəm24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Xüsusi xidmət orqanlarına və Silahlı Qüvvələrə Rusiyanın hərbi əməliyyatları genişləndirmək üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı tədbirlər görməyi əmr etmişəm”, – dövlət başçısı vurğulayıb.














