Çərşənbə axşamı, İyul 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı” adlı tədbir keçirildi – VİDEO

24/12/2025 16:28
Gündəm
51 3
“Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı” adlı tədbir keçirildi – VİDEO
68
Baxış sayı

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı” adlı tədbir təşkil edib.

Gündəm24.az  bildirir ki, tədbir, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri haqqında ictimaiyyətin daha ətraflı məlumatlandırılması və bu bölgələrdəki həyatın yenidən canlanmasının nümayişi məqsədini daşıyıb. Tədbir iştirakçıları əvvəlcə, Şuşa və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərdən hazırlanmış sərgiyə baxıblar. Bu sərgi, həmçinin Böyük Qayıdışın təkcə fiziki deyil, eyni zamanda emosional və sosial aspektlərini, insanların doğma yurdlarına geri dönüşündəki heyrətamiz hekayələri sənət dili ilə nümayiş etdirir.

Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini bildirib. Dövlət Komitəsi sədrinin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir.

Böyük Qayıdışın təşkilinin, yalnız bir insanın və ya ailənin öz torpağına qayıtması deyil, bütövlükdə Azərbaycanın gələcəyi üçün çox mühüm bir addım olduğunu vurğulayan Fuad Hüseynov bu prosesin hər bir mərhələsinin, ölkənin sosial və iqtisadi inkişafını sürətləndirəcəyini, həmçinin Qarabağ və Şərqi Zəngəzurun regionunun inkişafına təkan verəcəyini diqqətə çatdırıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Elşad İskəndərov çıxış edərək, Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə, Şuşanın və digər azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bu layihələrin yalnız infrastruktur sahəsində deyil, həm də əhalinin sosial rifahının yaxşılaşdırılması, mədəniyyətin və təhsilin inkişaf etdirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində böyük rolu olduğunu qeyd edib.

Tədbirdə, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa sakini Fəxrəddin Səfərov və digər sakinlər də iştirak edərək, öz təcrübələrini və Böyük Qayıdışa olan baxışlarını paylaşıblar. Sakinlər Şuşaya geri dönmək arzusunun onlar üçün necə böyük bir sevinc və qürur mənbəyi olduğunu, eyni zamanda bu dönüşün onların həyatında yeni bir səhifə açdığını vurğulayıblar.

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
55
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
63
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
58
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
55
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
66
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Netanyahu AXTARIŞA VERİLDİ

Netanyahu AXTARIŞA VERİLDİ

14/07/2026 19:55
52
Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış

Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış

14/07/2026 19:26
54
“Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm”

“Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm”

14/07/2026 18:58
51
Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

14/07/2026 18:55
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.