Cümə axşamı, Oktyabr 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kərə Yağı ilə Bağlı ŞOK XƏBƏRDARLIQ: İstehsalçılar Bu Boşluqdan İstifadə Edir

15/10/2026 12:15
Gündəm, CƏMİYYƏT
843 9
Kərə Yağı ilə Bağlı ŞOK XƏBƏRDARLIQ: İstehsalçılar Bu Boşluqdan İstifadə Edir
705
Paylaşım sayı
979
Baxış sayı

Marketdən kərə yağı alan alıcıların hamısı aldıqları məhsulun həqiqətən təbii olduğuna əmin ola bilirmi? Rəflərdə müxtəlif marka və qiymətlərlə satılan yağların tərkibini anlamaq, marqarini kərə yağından ayırmaq hər zaman asan deyil. Məhsulun üzərindəki yağ faizi, “qaymaq tərkibli” qeydi və digər məlumatlar da alıcıları çaşdıra bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla söhbətimizdə bazardakı vəziyyətə, saxta məhsullardan qorunma yollarına və alıcıların diqqət etməli olduğu məqamlara aydınlıq gətirdik.

“Yeni Sabah”a danışan ekspert  sözlərinə görə, son 3 ildə AQTA məhsulların tərkibini və etiketlərini daha ciddi yoxlayır:

“Kərə yağı ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə və digər qurumlara istehlakçılardan çoxsaylı zənglər daxil olur. Bildirirəm ki, market şəbəkələrində satılan kərə yağları qida təhlükəsizliyi baxımından tam nəzarət altındadır. Çox yaxşı haldır ki, son 3 ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məhsulların etiket məlumatlarını və tərkibini ciddi şəkildə araşdırır. Əksər hallarda, hətta təxminən, 95 faizində etiketdə göstərilən məlumatlar məhsulun tərkibinə uyğun gəlir”.

E.Hüseynov bildirib ki, bəzi istehsalçılar qanundakı boşluqlardan istifadə edərək qablaşdırmada alıcıları çaşdıran ifadələr yazırlar:

“Bütün bunlara baxmayaraq, istehsalçılar mövcud qanunvericilikdəki boşluqları diqqətlə izləyirlər. Bəzən bitki yağları ilə qarışdırılmış məhsulların üzərində onların bitki mənşəli yağ qarışığı olduğu çox kiçik hərflərlə qeyd edilir. Bəzi hallarda isə qablaşdırmanın üzərində inək şəkli yerləşdirilir və “natural yağ” kimi ifadələrdən istifadə olunur. Halbuki həmin məhsullar əslində bitki yağlarından hazırlanmış qarışıqlar olur. İstehsalçılar məhsulun tərkibi haqqında məlumatı qeyd etmədikdə ciddi cərimələrlə üzləşə bilərlər. Buna görə də istehlakçılara kərə yağı alarkən etiket məlumatlarını diqqətlə oxumağı tövsiyə edirəm. Məhsulun üzərində “qaymaqdan hazırlanıb” və ya buna bənzər ifadələrin olması onun heyvan mənşəli olduğunu göstərən məlumatlardandır. Əvvəllər etiketlərdə yanlış məlumatlara daha çox rast gəlmək mümkün idisə, hazırda bu məhsullar ciddi nəzarət altındadır”.

AİB sədri Azərbaycana idxal olunan yağlardan da danışıb:

“Azərbaycan bazarında həm yerli istehsal, həm də xaricdən idxal olunan keyfiyyətli kərə yağları mövcuddur. Bununla yanaşı, bəzi marketlərdə və bazarlarda “Nənəmin nehrəsi”, “Nənəmin yağı” və digər adlarla təqdim olunan, bitki yağları ilə qarışdırılmış saxta məhsullara da rast gəlinir. Qablaşdırılmış kərə yağı alarkən onun fiziki xüsusiyyətlərinə də diqqət yetirmək olar. Məsələn, məhsulun sərtliyi müəyyən qədər məlumat verə bilər. Kərə yağı saxlanma temperaturunda bərk olur. Keyfiyyətli kərə yağı kəsilərkən onun quruluşu və kəsik səthi də müəyyən xüsusiyyətlər göstərir. Lakin bu əlamətlər məhsulun həqiqiliyini tam müəyyənləşdirmək üçün kifayət etmir.

Ölkədə keyfiyyətli kərə yağları kifayət qədərdir. Məsələn, uzun illər Azərbaycan İstehlakçılar Birliyinə Yeni Zelandiyadan idxal olunan yağlarla bağlı istehlakçı zəngləri daxil olurdu. Yeni Zelandiyaya səfərim zamanı Azərbaycana yağ göndərən zavodlardan birində oldum. “Westgold” kərə yağlarının istehsal edildiyi müəssisəni ziyarət etdim və məhsulların Azərbaycan dilində markalandığını gördüm.

Müəssisənin fəaliyyəti, məhsulların Azərbaycana hansı şərtlərlə göndərilməsi və qiymətlərin formalaşması ilə maraqlandım. Apardığım müşahidələr nəticəsində həmin məhsulların Azərbaycana normal qaydada tədarük edildiyini gördüm. Təxminən, 8 il əvvəl isə Gürcüstan vasitəsilə Azərbaycana Yeni Zelandiya mənşəli saxta yağların gətirilməsi halları barədə məlumatlar var idi. Həmin məhsulların Gürcüstanda saxtalaşdırıldığı bildirilirdi. Hazırda Yeni Zelandiyadan Azərbaycana yağ idxal edən bir neçə şirkət fəaliyyət göstərir. Şəxsən gördüyüm məhsullara əsasən, “Westgold” yağını keyfiyyətli kərə yağı hesab edirəm.

Bundan başqa, Azərbaycana Fransadan və Almaniyadan da kərə yağı idxal olunur. Ölkəmizdə yerli istehsal olan keyfiyyətli kərə yağları da mövcuddur. Məhsulların təhlükəsizliyi müvafiq qurumların nəzarəti altındadır. İstehlakçılar etibarlı marketlərdən alış-veriş edərkən məhsulun mənşəyinə, qablaşdırılmasına və etiket məlumatlarına diqqət yetirməlidirlər”.

E.Hüseynov qeyd edib ki, kərə yağını suya salmaqla və ya başqa sadə üsullarla onun təbii olub-olmadığını dəqiq müəyyən etmək mümkünsüzdür:

“Kərə yağının keyfiyyətini müəyyənləşdirmək üçün istehlakçılar bəzən ev şəraitində müxtəlif üsullara əl atırlar. Lakin suya salmaq və ya digər primitiv yoxlamalar məhsulun həqiqiliyini dəqiq müəyyən etmir. Kərə yağını əridərkən onun özünəməxsus qoxusu hiss olunmalı, ərimə prosesində yağ və digər komponentlər arasında müəyyən ayrılma müşahidə edilə bilər. Bununla belə, bu əlamətlər də məhsulun tərkibini dəqiq müəyyənləşdirmək üçün laboratoriya analizini əvəz etmir. Şübhəli məhsullarla qarşılaşan istehlakçılara müvafiq qurumlara məlumat verməyi tövsiyə edirəm. Bunun üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə müraciət etmək olar”.

Oxşarxəbərlər

Siçan Üçün Qoyduqları Tələyə İlan Düşdü
Gündəm

Siçan Üçün Qoyduqları Tələyə İlan Düşdü

15/10/2026 13:16
969
Pensiyalarla bağlı diqqətçəkən məqam ortaya çıxdı – Dəyişiklik ola bilər
CƏMİYYƏT

Pensiyalarla bağlı diqqətçəkən məqam ortaya çıxdı – Dəyişiklik ola bilər

15/10/2026 10:10
981
ƏHALİYƏ XƏBƏRDARLIQ: İki gün davam edəcək
CƏMİYYƏT

ƏHALİYƏ XƏBƏRDARLIQ: İki gün davam edəcək

15/10/2026 09:10
970
Bu ərazilər işıqsız qalacaq
CƏMİYYƏT

Bu ərazilər işıqsız qalacaq

15/10/2026 07:23
952
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Gündəm

32 azərbaycanlı Almaniyadan geri qaytarıldı

14/10/2026 21:08
963
Zaqatalada 79 yaşlı kişi itkin düşdü
CƏMİYYƏT

Zaqatalada 79 yaşlı kişi itkin düşdü

14/10/2026 20:57
963

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zelenski: ‘Özümü Xəyanətə Uğramış Hiss Etdim’

Zelenski: ‘Özümü Xəyanətə Uğramış Hiss Etdim’

15/10/2026 13:43
966
Temperatur 31 Dərəcəyə YÜKSƏLƏCƏK

Temperatur 31 Dərəcəyə YÜKSƏLƏCƏK

15/10/2026 13:37
964
Siçan Üçün Qoyduqları Tələyə İlan Düşdü

Siçan Üçün Qoyduqları Tələyə İlan Düşdü

15/10/2026 13:16
969
“Onlar Bakını işğal edəcəkləri ilə hədələyirdilər” – Prezident

“Onlar Bakını işğal edəcəkləri ilə hədələyirdilər” – Prezident

15/10/2026 12:30
974

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
959

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
976

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
975

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
987

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.