Çərşənbə, İyul 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiya AZAL-ın təyyarəsini vurduğunu qəbul edir – Qəza ilə bağlı hesabatlar

26/12/2025 17:35
Gündəm
59 0
Rusiya AZAL-ın təyyarəsini vurduğunu qəbul edir – Qəza ilə bağlı hesabatlar
75
Baxış sayı

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsinin 2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində uğradığı qəzanın ildönümü tamam olsa da, yekun hesabat hələ də açıqlanmayıb. Hazırda qəza ilə bağlı Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının (Konvensiya) 13 saylı Əlavəsi əsasında araşdırmanın davam etdiyi haqda məlumatlar var.

Qəza ilə bağlı iki araşdırma aparılır.

Biri beştərəflidir: Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən araşdırmada Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələri də iştirak edir.

Digəri üçtərəflidir: Azərbaycan, Qazaxıstan və Rusiya istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.

Bu araşdırmalar yekunlaşmasa da, ilkin hesabat və aralıq bəyanat mövcuddur. Qazaxıstan bu ilin 4 fevral tarixində ICAO tələblərinə uyğun olaraq, ilkin hesabatı dərc edib. İlkin hesabat yalnız aşkarlanmış faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri ehtiva etməyib.

Çikaqo Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə ehtiva etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixində mümkün olmadığı üçün Qazaxıstan aralıq bəyanat verib. Bəyanatda təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğradığı öz əksini tapır:

– Daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb;

– Təyyarəyə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd edilib.

Aralıq bəyanatda həmin silah sisteminin modeli barəsində məlumat qeyd edilməyib. Lakin bu silahın Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olduğu bəllidir. Bunu Rusiya prezidenti Vladimir Putin də dilə gətirib.

9 oktyabrda Düşənbədə Prezident İlham Əliyevlə görüşən Vladimir Putin bildirib ki, hadisə baş verən gün Rusiyanın hava məkanına müdaxilələr olub və hava hücumundan müdafiə sistemləri buna qarşı atəş açıb. Mülki təyyarə (AZAL-a məxsus təyyarə) hədəf kimi seçilməsə də, atəş açılan vaxt qəlpələrə tuş gəlib.

Bu, təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin atəşi nəticəsində qəzaya uğradığı faktının birbaşa bu ölkənin prezidenti tərəfindən rəsmi şəkildə bəyan edilməsidir. Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər-hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Bu faktlar yekun hesabatda öz əksini tapmalıdır. Qazaxıstan tərəfi növbəti mərhələdə tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq, yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırılması ilə bağlı aşkar olunmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir.

Rusiya tərəfi də prezident Putinin Düşənbədə bəyan etdiyi kimi, məsuliyyətini dərk edib baş vermiş hadisəyə görə Azərbaycana təzminatın ödənilməsini və günahkarların cəzalandırılmasını təmin etməlidir.

Asif Nərimanlı

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
55
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
63
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
58
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
55
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
66
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

14/07/2026 23:50
54
Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

14/07/2026 23:29
53
Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

14/07/2026 23:00
53
Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

14/07/2026 22:36
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.