Cümə axşamı, İyun 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sabiq baş nazir Ramiz Mehdiyevin həbsindən danışdı: “Heç kimi saymırdı”

20/10/2025 22:57
Gündəm
41 2
Sabiq baş nazir Ramiz Mehdiyevin həbsindən danışdı: “Heç kimi saymırdı”
55
Baxış sayı

Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsinə və barəsində 4 aylıq ev həbsi çıxarılması barədə qərara münasibət bildirib.

Gündəm24.az xəbər verir ki, Novruz Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Ramiz Mehdiyev barəsində çıxarılmış məhkəmə qərarı tam ədalətlidir.

Onun sözlərinə görə, Ramiz Mehdiyev uzun illər Azərbaycanda gedən ictimai-siyasi proseslərdə mühüm rol oynayıb:

“Hamı yaxşı bilir ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə yer alan ən yüksək səviyyəli şəxslərdən biri kimi çox mühüm rol oynayıb. Dövlət idarəetmə sistemində gedən bütün prosesləri görüb, bunları müşayiət edən adamlardan biri olub. Son proseslərlə bağlı da bildirim ki, Ramiz Mehdiyevlə bağlı axtarış olub, xüsusi işlər görülüb, araşdırılıb, öyrənilib, haradansa məlumatlar əldə olunub. Ona görə də onunla bağlı belə qərar qəbul edilib.

Düşünürəm ki, onunla bağlı məhkəmə qərarı ədalətli və hər şey dəqiq nəzərə alınaraq atılan addımdır. Ona görə də mən bu məsələyə başqa cür yanaşmağı düzgün hesab etmirəm. Çünki Ramiz müəllimin gördüyü işlər çox idi, çox ciddi və məsuliyyətli işlərlə məşğul olurdu. Gərək o da çalışmalı idi ki, fəaliyyəti digərlərinə nümunə olsun”.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycan dövləti Ramiz Mehdiyevə çox böyük imkanlar yaratmışdı, o da həmin imkanlarla işləyib, yaşayırdı:

“Uzun illər biz eyni binada işləmişik, hərdən salamlaşırdıq, görüşürdük. Amma mən onun xarakterini bildiyim üçün ona heç zaman ehtiyacım olmayıb, heç vaxt Ramiz Mehdiyevdən kömək ummamışam. Buna mən özüm imkan verməmişəm. Amma adamlar var idi, kabinetinin qarşısında saatlarla, günlərlə onu gözləyirdilər ki, qəbul eləsin. Ramiz Mehdiyevin idarəçilik xarakteri çox qəribə idi, özünü elə aparırdı ki, sanki dünyada onu əvəz edəcək adam yoxdur. Sanki hamı onun qəbulunda saatlarla gözləməlidir və s. Ramiz Mehdiyev vəzifədə işləyən zaman çox insanlara qarşı heç də ədalətli olmurdu, onları qapıda çox gözlətdirirdi. Özündən çox razı idi, heç kimi saymırdı, heç kimlə məsləhətləşmək istəmirdi. Elə fikirləşirdi ki, sanki Azərbaycanı o idarə edir. Ona görə də mən onu qəbul edə bilmirdim, sadəcə yaşına görə işinə qarışıb bir söz demirdim. Bütün bunlara görə hesab edirəm ki, Ramiz Mehdiyev barəsində qərar ədalətlidir”.

Sabiq Baş nazir Ramiz Mehdiyevin PA-nın sabiq şöbə müdiri Əli Həsənovla münasibətlərindən də danışıb:

“Ramiz Mehdiyevin mənə ziyanı dəyməyib. Ümumiyyətlə, mən elə iş görməmişdim ki, onun mənə zərbəsi dəysin. PA-da çalışanda da işimi normal görürdüm, heç vaxt da aramızda ciddi problem yaşanmayıb. Əgər onun mənə bir zərbəsi dəysəydi, bu, həmin vaxtı böyük hadisə olardı. Çünki mən bunu Prezidentə məruzə edəcəkdim. Bəlkə də o başqa adamları axtarıb tapıb, hansısa işlər görürdü. Ancaq Əli Həsənov məndən fərqli idi, onun öz işindən başqa əlavə işlərin görülməsində fəaliyyəti geniş idi. Çünki Ramiz Mehdiyev və Əli Həsənov eyni sahələrə baxırdılar. Onların arasında nələrsə olubsa belə, Əli Həsənov çıxıb özü sözünü desin.

Amma yenə deyirəm, vəzifədə olarkən mən öz işimdən başqa iş görməmişəm. Heç, bir kvadrat metr belə torpaqda da gözüm olmayıb”.

Oxşarxəbərlər

Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….
Gündəm

Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….

24/06/2026 11:49
55
“Arzum”un cinayət işinin bəzi detalları məlum oldu
Gündəm

“Arzum”un cinayət işinin bəzi detalları məlum oldu

24/06/2026 09:39
54
Xarici dildə xidmət göstərən ofisianta sərt reaksiya: “Niyə Azərbaycan dilində danışmaq istəmirik?”
Gündəm

Xarici dildə xidmət göstərən ofisianta sərt reaksiya: “Niyə Azərbaycan dilində danışmaq istəmirik?”

22/06/2026 15:16
60
Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ – FOTO
Gündəm

Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ – FOTO

21/06/2026 16:14
56
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi – VİDEO
Gündəm

Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi – VİDEO

20/06/2026 14:48
57
Əjdər Pirimov vəfat etdi
Gündəm

Əjdər Pirimov vəfat etdi

18/06/2026 14:01
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Vətən müharibəsi qazisi bıçaqlandı

Vətən müharibəsi qazisi bıçaqlandı

24/06/2026 23:28
53
Priqojinlə bağlı elə sirlər ortaya çıxdı ki – Bunu hər kəsdən gizlədiblər

Priqojinlə bağlı elə sirlər ortaya çıxdı ki – Bunu hər kəsdən gizlədiblər

24/06/2026 23:07
53
İsrail və Livan arasında Vaşinqton danışıqları dalana dirəndi

İsrail və Livan arasında Vaşinqton danışıqları dalana dirəndi

24/06/2026 22:47
51
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı

Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı

24/06/2026 22:18
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
84

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.