Şənbə, Aprel 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sahil Babayevdən məmurları qorxuya salan əməliyyat – Yeni mərhələ başlayır?

21/11/2025 09:30
Gündəm
51 0
Sahil Babayevdən məmurları qorxuya salan əməliyyat – Yeni mərhələ başlayır?
65
Baxış sayı

Azərbaycanda son illər büdcə talançılığına, rüşvət bazarına qarşı kəskin tədbirlərin görüldüyü deyilir. Dövlətin bu məsələdə güzəştsiz, sərt mövqe tutduğu haqda xəbərlər yayılır. Bildirilir ki, tender və digər əməliyyatlarda şəffaflıq maksimum dərəcədə qorunur. Məsələn, maliyyə naziri Sahil Babayevin bu işlərə ciddi nəzarət etdiyinə dair məlumatlar var. O, vəsaitlərin itkiyə getməməsi, qənaət rejimi yaratmaq üçün addımlar atır.

Paralel olaraq, uzun illər formalaşmış rüşvət və korrupsiya meyillərinin hələ də məmur davranışlarında hiss olunduğu vurğulanır. Bu anlamda yeni formalaşmış hakimiyyət komandasının nə qədər dayanıqlı olacağı, yeni kadrların şəxsi maraqlarına qalib gələ bilib-bilməyəcəyi də müzakirə olunur.

Belə bir şəraitdə dövlətin sərt mövqeyi sistemli nəticə verə biləcəkmi, yoxsa köhnə vərdişlər yenə də maneə yaradacaq?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verirki,  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, korrupsiya və sosial neqativ hallara qarşı mübarizəni subyektiv mülahizələr əsasında qurmaqla nəticə əldə etmək mümkün deyil:

“Hər hansı mübarizə fərdlərin şəxsi xüsusiyyətlərinə deyil, dövlətçilik prinsiplərinə və düzgün işləyən mexanizmlərə əsaslanmalıdır. Dövlət idarəçiliyi tam şəffaflıq və nəzarət mexanizmləri ilə işləsə, heç bir ölkədə korrupsiya üçün mühit yaranmaz. Çünki korrupsiya dövlətin “xəstəliyi” hesab olunur və o, məhz idarəetmənin qaranlıq, qeyri-şəffaf sahələrində inkişaf edir.

Düşünürəm ki, ölkədə korrupsiyaya qarşı real mübarizə aparmaq üçün öncə kadrların seçimi, onların fəaliyyətinə nəzarət və şəffaf idarəetmə təmin olunmalıdır. Vəzifəli şəxslərin gəlir və xərclərinin deklarasiyası tətbiq edilməli, onların sərvətləri üzərində təsirli nəzarət mexanizmləri qurulmalıdır. Cəmiyyətin gözü qarşısında hansısa şəxsin milyonlarla dəyəri olan villaları və avtomobilləri varsa, bu, korrupsiyanın açıq şəkildə mövcudluğunu göstərir. Çünki mövcud əməkhaqqı səviyyəsi ilə belə sərvətlərin qanuni yolla alınması mümkün deyil”.

Sahil Babayevdən məmurları qorxuya salan əməliyyat – Yeni mərhələ başlayır?

Partiya sədri qeyd edib ki, korrupsiya ilə bağlı cinayət işlərinin çox yüngül cəza ilə nəticələnməsi problemin davam etməsinə şərait yaradır:

“Məsələn, Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) 3 milyon manat vəsaiti korrupsiya yolu ilə çıxarıb, sonradan həmin məbləği qaytarıb, lakin haqqında ciddi tədbir görülməyib. Eyni şəkildə Adnan Əhmədzadənin 5 milyard dollar məbləğində vəsaiti mənimsəməsi ilə bağlı iddialar var və hazırda həyat yoldaşının xaricdə onun mülkiyyətini idarə etməsinə imkan verilir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankında 7 milyard dolların mənimsənilməsi faktı üzrə bank rəhbəri Cahangir Hacıyev həbs olunsa da, onun həyat yoldaşı ölkəni tərk edərək İngiltərəyə gedib, orada 160 min manatlıq şərab içir. Siyasi müxalifət, müstəqil mətbuat, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları vasitəsilə belə məsələlərə nəzarət mümkündür. Təəssüf ki, Azərbaycanda sözügedən qurumların fəaliyyəti ciddi şəkildə zəiflədilib”.

Globalinfo.az xatırladır ki, son illər kadr və idarəetmədəki islahatlar müəyyən nəticələr verir. Rüşvət və korrupsiyaya görə hazırda həbsxanada xeyli sabiq məmur cəza çəkir. Sonuncu belə nümunə Balakənin icra başçısı İslam Rzayevin DTX-nın xüsusi əməliyyatı ilə saxlanması olub. Adnan Əhmədzadənin həbsi də oxşar motivlərlə bağlıdır. Azərbaycan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də mənimsədiyi milyardlara görə 10 ildir həbsdədir. Onu da xatırladaq ki, Prezident İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə sonuncu görüşündə onlara qəti tapşırıqlar verdi. Bildirdi ki, şəffaf işləməsələr, vətəndaşlara xidmət göstərməsələr, etimadı doğrultmasalar, qanunla ağır formada cəzalandırılacaqlar.

Əksər ekspertlər bildirir ki, Sahil Babayevin bu ilin fevral ayında Prezidentin sərəncamı ilə Maliyyə Naziri təyin edilməsi ölkədə korrupsiya ocaqlarının söndürülməsi məqsədi daşıyır. Onun əmək və əhalinin sosial müdafiə naziri olduğu dövrdə dövlətdən mənimsənilən vəsaitin qarşısını alması müəyyən ictimai narazılıq yaratmışdı, amma sonradan bu fəaliyyətin əslində bütövlükdə cəmiyyətə faydalı olduğu barədə müəyyən rəylər yarandı. Bildirilir ki, S.Babayev maliyyə naziri kimi də dövlət büdcəsini izafi xərclərdən azad edir, vəsaitlərin müxtəlif yollarla mənimsənilməsinin qarşısını alır. Bu da bəzi məmurları, eləcə də oliqarxiya şəbəkəsini narahat edir…

Oxşarxəbərlər

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO
Gündəm

Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı – VİDEO

16/04/2026 11:35
56
Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
Gündəm

Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi

16/04/2026 09:52
55
Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO
Gündəm

Xalid Qarayev ABŞ-də HƏBS OLUNUB – FOTO

16/04/2026 09:47
64
Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz
Gündəm

Ucuz reytinqə görə TV-lər cəzalandı, bəs saytlar?.. – Nailə İslamzadədən mediaya kəskin etiraz

16/04/2026 08:04
55
Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Gündəm

Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…

15/04/2026 19:48
57
Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ
Gündəm

Uşaq qidasından qurd çıxması ilə bağlı AÇIQLAMA VERİLDİ

15/04/2026 18:46
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

ABŞ İranla barışdı – Bakıda balıq ucuzlaşdı – Reportaj

ABŞ İranla barışdı – Bakıda balıq ucuzlaşdı – Reportaj

18/04/2026 09:33
55
Neftçalada ağır qəza: ölən var

Neftçalada ağır qəza: ölən var

18/04/2026 09:23
57
Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

18/04/2026 09:13
68
Əhaliyə şad xəbər – Bu gün giriş pulsuz olacaq

Əhaliyə şad xəbər – Bu gün giriş pulsuz olacaq

18/04/2026 09:12
59

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
59

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
79

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
72

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.