Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Gənc həkimin ölümü ilə bağlı müəmma: astma xəstəsi olub?

06/01/2026 16:47
Hadisə
863 9
Gənc həkimin ölümü ilə bağlı müəmma: astma xəstəsi olub?
721
Paylaşım sayı
1k
Baxış sayı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl gənc həkim Nurlana Əliyeva (Nəbibəyli) qəfil vəfat edib. Məlumata görə, o, yaşadığı evdə həyatını itirib. İlkin məlumatlarda Nurlana Əliyevanın Mərkəzi Dəmiryol Xəstəxanasında kardioloq kimi fəaliyyət göstərdiyi qeyd olunur.

Gündəm24.az Bizim.Media-ya istinadən xəbər verir ki, bəzi mənbələr ölümün intihar nəticəsində baş verdiyini iddia etsə də, bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib.

Eyni zamanda, sosial şəbəkələrdə və bəzi məlumatlarda Nurlana Əliyevanın həkim olmadığı, hətta tibb diplomunun mövcud olmadığı ilə bağlı da iddialar yayılıb. Üstəlik, onun son vaxtlar psixoloji sarsıntı keçirdiyi, hətta ciddi problemləri olduğuna dair xəbərlər də yayılır. Digər bir məsələ isə onun müəmmalı ölümü ilə bağlı fikirlərin yayılmasıdır.

Belə ki, N. Əliyevanın yaxın rəfiqəsi Mehriban Hüseynova mərhumla bağlı bəzi təfərrüatları açıqlayıb. O deyib ki, mərhumun bronxial astması olub və dekabrın 29-u gecə saatlarında halı qəfil pisləşib:

“Bildiyim qədər arıqlama üçün dərmanlar qəbul edirdi. Həmin vaxt da acqarına dərman qəbul etmişdi. Halı pisləşəndə evdə tək olub. Yoldaşı Bakıdan kənarda çalışır. Qızını çağırıb və onu yaxınlıqdakı “Medilux” Tibb Mərkəzinə aparıblar. Amma xəstəxana Nurlananı qəbul etməyib və onu Kliniki Tibbi Mərkəzə yönləndirib.

Xəstəxanaya yerləşdiriləndən sonra Nurlana atasına zəng edərək “Mənə baxmırlar, gəlin təcili məni buradan çıxarın”, – deyib. Boğulurmuş. Atası gəlib ki, qızımı görmək istəyirəm, məni yanına buraxın. Buraxmayıblar ki, olmaz, xəstəyə sistem köçürülür. 30-u səhər keçinib”.

M.Hüseynova deyib ki, Nurlana Əliyeva öz əmisi oğlu ilə evli olub: “42 yaşı vardı, çox həyatsevər, pozitiv bir xanım idi. Bir qızı və bir oğlu var. Mən və onu tanıyan hər kəs ölümünə inana bilmirik. Eşidəndə şok keçirdik. Sonuncu dəfə dekabrın 27-də telefonda danışdıq. Mən Türkiyədə yaşayıram. Dedi ki, görüşmək istəyir, çox darıxır. Dedim Yeni ili yola verək, yanvarda ad günümdür, gələcəm, şənlənərik. Sevindi. Heç bir xəstəliyi yox idi, hamımızdan sağlam idi. Biz də, ailə üzvləri də təəccüb içindəyik”.

İctimai xadim Hacı Quliyev mərhumu birgə iştirak etdikləri tədbirlərdən tanıdığını dilə gətirib: “Mən Nurlana xanımı sadəcə tədbirlərdən tanıyırdım. Ara-sıra tədbirlərdə görüşürdük. Dekabrın 30-u rəhmətə getdiyini eşitdim. Amma hansı səbəbdən öldüyü barədə məlumatım yoxdu. Eşidəndə çox üzüldük. Allah rəhmət eləsin!”

Sayt Nurlana Əliyevanın ölüm səbəbini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, onlara belə bir xəstə müraciət etməyib. Halbuki ailəsi də təsdiq edib ki, Nurlana Əliyeva Kliniki Tibbi Mərkəzə aparılıb, hətta orada 4 gün müalicə alandan sonra həyatını itirib. Amma xəstəxana bu məlumatı da təsdiqləməyib.

Mərhumun qızı anasının bronxial astma xəstəsi olduğunu təkzib edib və Nurlana Əliyevanın ölümü ilə bağlı ümumiyyətlə danışmaq istəmədiyini vurğulayıb.

Oxşarxəbərlər

Kirayəçi və ev sahibi arasında qalmaqal: “Beş qadın hücum çəkdi” – VİDEO
Hadisə

Kirayəçi və ev sahibi arasında qalmaqal: “Beş qadın hücum çəkdi” – VİDEO

16/10/2026 19:18
953
Zəhərli hörümçək udan 2 yaşlı uşaq komaya düşdü
Dünya

Zəhərli hörümçək udan 2 yaşlı uşaq komaya düşdü

16/10/2026 19:07
953
Keşiş insanları güllələdi
Dünya

Keşiş insanları güllələdi

16/10/2026 18:48
953
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Hadisə

İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı

16/10/2026 17:30
961
ŞOK GÖRÜNTÜLƏR: Binaların altından çay axır
Dünya

ŞOK GÖRÜNTÜLƏR: Binaların altından çay axır

16/10/2026 15:53
969
Goranboy sakini GÜLLƏLƏNDİ
Hadisə

Goranboy sakini GÜLLƏLƏNDİ

16/10/2026 13:33
1k

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı mühüm addım

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı mühüm addım

16/10/2026 21:10
956
Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR

Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR

16/10/2026 20:35
955
“Bizim öz yolumuz var” – İlham Əliyev

“Bizim öz yolumuz var” – İlham Əliyev

16/10/2026 20:08
956
4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

16/10/2026 19:58
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
974

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
981

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.