Bakı şəhəri, Xəzər rayonunda yanğın hadisəsi səbəbilə 1990-cı il təvəllüdlü şəxs (qadın) 21 oktyabr tarixində saat 02:30 radələrində Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
“Dəqiqləşdirilməmiş qazların, tüstülərin və buxarların toksik təsiri diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda deyilir.
09:47
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.













