Qazax rayonunda göldə boğulma hadisəsi baş verib.
Gündəm24.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb.
İlkin məlumata görə, Canallı kənd sakini Rafael Xəlilov və azyaşlı qızı göldə batıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hazırda batan şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.














