Abşeron rayonunun Novxanı kəndində restoranda yanğın baş verib.
Bu barədə Gündəm24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
10:01
Sumqayıtda “Siyans” hoteli yanır.
Gündəm24.az “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.














