Şənbə, Oktyabr 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər

29/07/2026 09:06
İqtisadiyyat
788 50
Dollarla bağlı gözlənilməz ssenari – yerini bu valyutalar tuta bilər
693
Paylaşım sayı
963
Baxış sayı

ABŞ Prezidenti Donald Trampın son aylarda atdığı addımların dolların qlobal valyuta kimi mövqeyinə zərbə vuracağı deyilir. Ekspertlər düşünürlər ki, Vaşinqtonun dünya ticarətində getdikcə daha çox məhdudiyyət tətbiq etməsi, yeni müharibələr ölkələri alternativ valyutalara yönəldir və bunun nəticəsində dolların üstünlük dairəsi daralır. Bildirilir ki, dollar artıq təkcə maliyyə vasitəsi deyil, ABŞ tərəfindən siyasi təzyiq aləti kimi istifadə olunur.

Trampın son addımları dollara nə vəd edir?

Gündəm24.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ABŞ liderinin son dövrlərdə həyata keçirdiyi siyasət uzunmüddətli perspektivdə dolların qlobal üstünlüyünü müəyyən qədər zəiflədə bilər:

“Ancaq bu, dolların yaxın illərdə beynəlxalq ticarətin əsas valyutası statusunu itirəcəyi anlamına gəlmir. Hesab edirəm ki, ən azı yaxın bir neçə ildə dollar bu mövqeyini əsasən qoruyub saxlayacaq. Yəni dolların mövqeyi birdən-birə deyil, yalnız tədricən zəifləyə bilər. Bunun əsas səbəblərindən biri Trampın tətbiq etdiyi tariflər və proteksionist siyasətdir. Bu, qlobal ticarətin həcmini, ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələri zəiflədir. Nəticədə bəzi dövlətlər beynəlxalq hesablaşmalarda dollar əvəzinə avro, yuan, rubl və digər alternativ valyutalardan istifadə etməyə başlayırlar. Ancaq bu proses çox ehtiyatla gedir. Çünki dollar təkcə iqtisadi deyil, həm də siyasi təsir vasitəsidir. ABŞ uzun illərdir sanksiyalar və digər iqtisadi təzyiq mexanizmləri vasitəsilə dolların beynəlxalq mövqeyini qoruyub saxlayır. Buna görə də bir çox ölkələr alternativ ödəniş vasitələrinə keçid məsələsində tələsmirlər. Xüsusilə enerji daşıyıcılarının – neft və qazın beynəlxalq ticarətində hesablaşmaların böyük hissəsi hələ də dollarla aparılır. Əks halda, ölkələr ABŞ-la münasibətlərdə əlavə iqtisadi və siyasi risklərlə üzləşə bilərlər”.

İqtisadçı bildirib ki, digər mühüm amil isə ABŞ iqtisadiyyatının miqyasıdır:

“ABŞ bazarı dünyanın ən böyük bazarlarından biridir və dövlət istiqrazları qlobal maliyyə bazarlarında ən çox istifadə olunan investisiya alətlərindən hesab olunur. Bu istiqrazların dollarla denominasiya edilməsi də dünya üzrə dollara olan tələbi yüksək səviyyədə saxlayır. Məhz buna görə dollar hələ də beynəlxalq ticarətin əsas valyutası olaraq qalır. Trampın siyasəti beynəlxalq ticarətin həcmini, xüsusilə də ABŞ-la aparılan ticarəti müəyyən qədər zəiflədə bilər. Buna baxmayaraq, ABŞ-ın qlobal iqtisadiyyatda payı hələ də kifayət qədər böyükdür. Bundan başqa, bir sıra ölkələrin milli valyutaları dollarla sıx bağlıdır. Məsələn, Azərbaycan manatının məzənnəsi uzun illərdir ABŞ dollarına bağlanıb. Bu da dolların beynəlxalq rolunu daha da gücləndirir və onun istifadə coğrafiyasını genişləndirir. Ona görə də hesab edirəm ki, qısa müddətli perspektivdə, yəni təxminən qarşıdakı üç il ərzində dolların mövqeyinin ciddi şəkildə zəifləməsi gözlənilmir. Lakin orta və uzunmüddətli dövrdə vəziyyət ABŞ-ın gələcək iqtisadi siyasətindən, beynəlxalq ticarətin inkişaf istiqamətindən və digər ölkələrin alternativ maliyyə sistemlərini nə dərəcədə genişləndirə bilməsindən asılı olacaq”.

Ekspertin sözlərinə görə, mövcud siyasət uzun müddət davam etsə, dolların beynəlxalq ticarətdə, valyuta ehtiyatlarında və investisiya portfellərində payı tədricən azala bilər:

“Məsələn, bir çox ölkələrin suveren fondları, o cümlədən Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli hissəsi dollarla denominasiya olunmuş maliyyə alətlərində saxlanılır. Gələcəkdə bu struktur müəyyən qədər dəyişə bilər. Uzunmüddətli perspektivdə isə daha böyük dəyişikliklər istisna deyil. Yeni maliyyə texnologiyaları, rəqəmsal ödəniş sistemləri və beynəlxalq rəqəmsal valyutalar meydana çıxa bilər. Belə bir ssenaridə təkcə dolların yox, ümumilikdə ənənəvi milli valyutaların beynəlxalq hesablaşmalardakı rolunun da əhəmiyyətli dərəcədə dəyişməsi və ya qismən əvəz olunması mümkündür”.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
959
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Gürcüstan mallarının Rusiyaya idxalına qadağa qoyuldu

Gürcüstan mallarının Rusiyaya idxalına qadağa qoyuldu

10/10/2026 14:52
951
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı

Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı

10/10/2026 14:35
953
Rusiya Odessada yük gəmisini vurdu

Rusiya Odessada yük gəmisini vurdu

10/10/2026 14:32
951
Pensiya kapitallarında niyə dəyişiklik edilib?

Pensiya kapitallarında niyə dəyişiklik edilib?

10/10/2026 14:25
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
978

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
984

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
975

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.