Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kredit faizlərindən qaçanlara ŞAD XƏBƏR: Banklarda yeni dövr başlayır

26/05/2026 10:40
İqtisadiyyat
39 1
Kredit faizlərindən qaçanlara ŞAD XƏBƏR: Banklarda yeni dövr başlayır
50
Baxış sayı

Bu gün dünyada  sürətlə inkişaf edən maliyyə modellərindən biri də İslam bankçılığıdır. Hazırda dünyanın 102 ölkəsində İslam bankçılığı sistemi fəaliyyət göstərir. Beynəlxalq reytinq və maliyyə institutlarının ən son hesabatlarına əsasən, dünyada ümumi İslam maliyyəsi aktivlərinin həcmi 5,2 trilyon ABŞ dollarını ötüb.

 

Sektorun illik artım tempi təxminən %10-14 ətrafında dəyişir və mövcud dinamika ilə bu rəqəmin ilin sonuna qədər 6 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu nəhəng bazarın təxminən %70-dən çoxu birbaşa İslam bankçılığının payına düşür. Yaxın Şərq, Türkiyə, Malayziya və İndoneziya kimi ölkələrdə geniş yayılmış bu model artıq Avropa dövlətlərinin də diqqətini cəlb edir. Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələrdə belə İslam maliyyəsi bazarı formalaşıb. Böyük Britaniya qeyri-müsəlman və Qərb dünyasında İslam maliyyəsinin əsas mərkəzi hesab olunur. Londonda bu sahə kifayət qədər institusionallaşıb. Ölkədə sırf şəriət qanunları ilə tam inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərən 5 tam İslam bankı var. Bununla yanaşı, 20-dən çox ənənəvi qlobal bank  Böyük Britaniyada İslam maliyyəsi pəncərələri (Islamic windows) vasitəsilə şəriətə uyğun məhsullar və xidmətlər təklif edir. London Fond Birjası isə qlobal İslam istiqrazlarının (Sukuk) mühüm ticarət platformasıdır.

 

Qeyd edək ki, İslam bankçılığı ənənəvi bank sektorundan ciddi şəkildə fərqlənir.  Bu maliyyə sistemi real iqtisadi fəaliyyətə, tərəfdaşlığa və qarşılıqlı məsuliyyətə üstünlük verir.

 

Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılmağa başlanıb. Ölkədə  2026-cı ildən etibarən Azərbaycan Mərkəzi Bankının nəzarəti altında seçilmiş iki bank tərəfindən “Mudaraba” və “Murabaha” məhsulları istifadəyə verilib.

 

Bu barədə Oxu24.com-a danışan iqtisadçi Xalid Kərimli Azərbaycanda İslam bankçılığının müəyyən perspektivinin olduğu qənaətindədir. Onun sözlərinə görə, bu modelin tətbiqinin əsas məqsədlərindən biri ənənəvi bank sistemindən kənarda qalan müştəri kütləsinin maliyyə sektoruna cəlb edilməsidir:

 

 

“Dini inanclarına görə klassik bank xidmətlərindən istifadə etməyən vətəndaşlar və sahibkarlar bu seqmentdə öz maliyyə ehtiyaclarını qarşılaya bilərlər. İslam bank sistemi əsasən dörd prinsip üzərində qurulur. Birinci prinsip, faizin qadağan edilməsidir. Yəni bu modeldə faiz tətbiq olunmur. İkinci prinsip, riskin paylaşılmasıdır. Bu halda həm maliyyə vəsaitini təqdim edən tərəf, həm də vəsaiti alan tərəf layihə və ya maliyyələşdirmə üzrə riskləri birlikdə bölüşür. Üçüncü prinsip, maliyyələşmənin real aktivlərə əsaslanmasıdır. Yəni məqsəd puldan birbaşa pul qazanmaq deyil, vəsaitin konkret məhsul, xidmət və ya biznes fəaliyyətinə yönəldilməsidir. Məsələn, kredit götürülərək onun yenidən faizlə başqasına verilməsi İslam bankçılığında qadağan olunur. Dördüncü əsas prinsip isə İslam dininə və dəyərlərinə uyğun olmayan sahələrin maliyyələşdirilməməsidir. Misal üçün qumar oyunları, pornoqrafiya və cəmiyyət tərəfindən mənfi qarşılanan digər fəaliyyət sahələrinə kredit verilmir. Yəni dini baxımdan uyğun hesab edilməyən sahələr bu sistemdən kənarda saxlanılır”.

 

 

İqtisadçının fikrincə, ölkədə  İslam bankçılığı müxtəlif formalarda tətbiq oluna bilər:

 

 

“Ən geniş yayılmış modellərdən biri bankın əmlak və ya avtomobil alaraq onu daha yüksək qiymətə müştəriyə satmasıdır. Bu zaman ödəniş hissə-hissə həyata keçirilir. Məsələn, avtomobil üçün birbaşa faizli kredit vermək əvəzinə, bank avtomobili alır və müəyyən mənfəət əlavə edərək müştəriyə mərhələli ödəniş şərtləri ilə təqdim edir.

 

Digər geniş yayılmış model investisiya əməkdaşlığıdır. Bu halda tərəflərdən biri kapital qoyur, digər tərəf isə biznes fəaliyyətini həyata keçirir. Mənfəət əvvəlcədən razılaşdırılmış şəkildə bölüşdürülür.

 

Üçüncü forma isə bank və müştərinin konkret layihədə birgə iştirak etməsidir. Bu modeldə həm bank, həm də maliyyə alan tərəf layihənin mənfəətinə və risklərinə ortaq olur.

 

Bu modeldə tərəflər əvvəlcədən əldə olunacaq mənfəətin bölüşdürülmə mexanizmini müəyyənləşdirirlər ki, bu da risklərin paylaşılması prinsipini özündə əks etdirir. Yəni əsas məqam ondan ibarətdir ki, prosesdə risk yalnız bir tərəfin üzərində qalmır, iştirakçılar arasında bölüşdürülür.

 

Təbii ki, bank təqdim etdiyi investisiyadan qazanc əldə edir. Lakin bu qazanc faiz formasında deyil, alternativ mexanizmlərlə təmin olunur. Məsələn, geniş yayılmış modellərdən biri daşınmaz əmlakın bank tərəfindən alınaraq müştəriyə icarəyə verilməsidir. Bu halda bank gəliri icarə haqqı vasitəsilə əldə edir. Belə modellərin müxtəlif formaları mövcuddur və onların Azərbaycanda tətbiqi üçün müəyyən potensial var”.

 

İqtisadçı hesab edir ki, Mərkəzi Bankın bu prosesi “Sandbox” rejimində həyata keçirməsi də təsadüfi deyil:

 

““Sandbox” rejimi tənzimləyiciyə imkan verir ki, həm riskləri daha çevik şəkildə idarə etsin, həm də yeni maliyyə məhsullarının bazarda ilkin tətbiqini nəzarət altında həyata keçirsin. Bu mexanizm çərçivəsində banklar, maliyyə qurumları və fintex təşkilatları öz məhsullarını təqdim edir. Mərkəzi Bankın ilkin razılığından sonra isə həmin məhsullar “Sandbox” rejimində pilot layihə kimi sınaqdan keçirilir. Yəni məhdud miqyasda tətbiq edilir və nəticələr izlənilir. Tənzimləyici prosesə nəzarət etdikdən və riskləri qiymətləndirdikdən sonra məhsulların daha geniş bazara çıxarılması məsələsi gündəmə gəlir.

 

“Sandbox” rejiminin əsas üstünlüklərindən biri risklərin effektiv idarə olunması, yeni maliyyə texnologiyalarının daha praktik və sürətli şəkildə test edilməsi, həmçinin innovasiyaların bazara çevik tətbiqidir. Bu baxımdan İslam maliyyəsinin də əvvəlcə bu mexanizm vasitəsilə bazara daxil olması, daha sonra isə qanunvericilik və bank praktikalarının bir hissəsinə çevrilməsi mümkün görünür”.

 

 

Mövzu ilə bağlı  Oxu24.com-a danışan iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanda İslam bankçılığı bazarının böyük potensiala malik olmadığını diqqətə çatdırıb:

 

“Proqnozlaşdırılan portfelin təxminən 300-400 milyon manat ətrafında formalaşacağı ehtimal edilir.

 

Çünki həm əhalinin davranışları, həm də biznes subyektlərinin maliyyə alətlərinə münasibətinin təhlili göstərir ki, Azərbaycan əhalisinin böyük hissəsi müsəlman olsa da, faizli kreditlərə və ənənəvi bank məhsullarına qarşı ciddi konservativ yanaşma mövcud deyil. Əhalinin əhəmiyyətli bir hissəsi, eləcə də biznes strukturları hazırda ənənəvi bank kreditlərindən aktiv şəkildə istifadə edir.

 

Hesab edirəm ki, bu istiqamətdə tələbat nisbətən aşağı olsa belə, İslam bankçılığı məhsullarının tətbiqi maliyyə alətlərinin əlçatanlığı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə marjinal sahibkarlıq subyektlərinin bank vəsaitlərinə çıxış imkanlarının genişlənməsi baxımından bu model faydalı ola bilər. Bu, həm bazarda məhsul müxtəlifliyinin artmasına, həm də maliyyə sektorunda şaxələndirici təsirin güclənməsinə səbəb olacaq.

 

Nəzərə almaq lazımdır ki, İslam maliyyə məhsulları yalnız müsəlman ölkələrində deyil, xristian ölkələrində də yaradılır və tətbiq edilir. Burada əsas məqsəd müxtəlif sosial qruplar, o cümlədən ən bütün təbəqələr üçün alternativ maliyyə məhsulları yaratmaq, onların maliyyəyə çıxışını təmin etmək və biznes təşəbbüslərini dəstəkləməkdir. Bu yanaşma eyni zamanda iqtisadi münasibətlərdə ədalətlilik baxımından da daha müsbət mühitin formalaşmasına töhfə verə bilər”.

 

Kiçik və orta sahibkarlığın inkişafı məsələsinə toxunan iqtisadçı qeyd edib ki, bu məhsullar müəyyən mənada marjinal qruplar tərəfindən istifadə oluna bilər:

 

“Prosesin real nəticələri isə növbəti mərhələdə hansı ssenarilərin özünü doğruldacağından asılı olacaq. Çünki İslam bankçılığı məhsulları daha yüksək şəffaflıq və hesabatlılıq tələb edir. Sahibkarlıq fəaliyyətində gəlirin bölüşdürülməsi kimi mexanizmlər mövcud olduğuna görə, müəssisələrin fəaliyyətlərini daha çox rəsmiləşdirməsinə ehtiyac yaranır. Bu baxımdan sahibkarlıq subyektlərinin belə tələblərə necə yanaşacağı da mühüm məsələdir. Bu model kiçik də olsa, müsbət təsir yarada bilər. İslam bankçılığı daha ədalətli biznes mühitinin formalaşmasına, maliyyə alətlərinin şaxələndirilməsinə və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə töhfə verə bilər”.

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

 

Oxşarxəbərlər

Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA
İqtisadiyyat

Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

25/05/2026 22:30
53
Əhaliyə şad xəbər: Əgər əlinizdə bu çeklərdən varsa…
İqtisadiyyat

Əhaliyə şad xəbər: Əgər əlinizdə bu çeklərdən varsa…

25/05/2026 15:14
56
Qızıl kəskin UCUZLAŞDI- indi almaq FÜRSƏTDİR!
CƏMİYYƏT

Qızıl kəskin UCUZLAŞDI- indi almaq FÜRSƏTDİR!

22/05/2026 16:09
55
Pensiya təyinatında qaydalar DƏYİŞDİ: Bu şəxslərin müavinəti belə hesablanacaq — YENİ AÇIQLAMA
İqtisadiyyat

Pensiya təyinatında qaydalar DƏYİŞDİ: Bu şəxslərin müavinəti belə hesablanacaq — YENİ AÇIQLAMA

21/05/2026 10:48
56
Bakı-Tbilisi qatarı: “Əvvəlki qiymətlər olmayacaq” – AÇIQLAMA
İqtisadiyyat

Bakı-Tbilisi qatarı: “Əvvəlki qiymətlər olmayacaq” – AÇIQLAMA

20/05/2026 11:23
62
İcbari sığorta xəbərdarlığı hər kəsə gəlmir – SƏBƏB
İqtisadiyyat

İcbari sığorta xəbərdarlığı hər kəsə gəlmir – SƏBƏB

19/05/2026 14:03
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sarı və narıncı xəbərdarlıq verildi – Bu tarixlərdə

Sarı və narıncı xəbərdarlıq verildi – Bu tarixlərdə

26/05/2026 14:06
50
SENSASİYA: Bu ölkə İrana milyardlar TƏKLİF ETDİ – İLGİNC SƏBƏB

SENSASİYA: Bu ölkə İrana milyardlar TƏKLİF ETDİ – İLGİNC SƏBƏB

26/05/2026 13:55
50
Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək

Kolların kəsilməsi barədə yalan məlumat verənlər cərimələnəcək

26/05/2026 13:51
50
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək

Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək

26/05/2026 13:50
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
53

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
58

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.