Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pensiya təyinatında qaydalar DƏYİŞDİ: Bu şəxslərin müavinəti belə hesablanacaq — YENİ AÇIQLAMA

21/05/2026 10:48
İqtisadiyyat
813 25
Pensiya təyinatında qaydalar DƏYİŞDİ: Bu şəxslərin müavinəti belə hesablanacaq — YENİ AÇIQLAMA
693
Paylaşım sayı
963
Baxış sayı

Artıq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması qaydası dəyişib. 

 

Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı qərarı ilə 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarda mühüm dəyişikliklər edilib. Yeni qərarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanma qaydası da əksini tapıb.

 

Oxu24.com xəbər verir  ki,həmin qaydaları  iqtisadçı ekspert Anar Bayramov izah edir.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği aşağıdakı düsturla hesablanır:

 

MM = TGS x OQM

 

 

burada:

 

MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği;

 

TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı;

 

OQM – bir təqvim gününə düşən orta qazancın məbləği.

 

Bir tәqvim gününә düşәn orta qazancın hesablanması:

 

OQM = ÜQM / BTG

 

burada:

 

ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl

 

4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləği;

 

BTG – həmin 4 rüb üzrə bölən təqvim günlərinin sayı.

 

Bölən təqvim günlərinin sayında azalma ola bilər. Bu halda aşağıdakı düstur tətbiq edilir:

 

BTG = ÜTG − ÇTG

 

burada:

 

ÜTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə cəmi təqvim günlərinin sayı;

 

ÇTG – Qaydanın 2.13-cü bəndində göstərilən və hesablamadan çıxılan günlərin sayı.

 

Misal 1: İşçi aprel ayında əmək qabiliyyətini 20 təqvim günü müddətinə itirib. 6 aydan çox sosial sığorta stajı olan işçi 2025-ci ilin dekabr ayında da 10 təqvim günü müddətinə əmək qabiliyyətini itirib. İşçi üzrə əvvəlki ardıcıl 4 rübə görə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 20.000 manat, faktiki ödənilmiş məbləğ isə 12.000 manat olub. Müavinətin məbləğini düstur üzrə hesablayaq.

 

1. Düstura uyğun məlumatların qruplaşdırılması

 

10 gün – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində çıxılan günlərin sayı (ÇTG);

 

365 gün – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində cəmi təqvim günlərinin sayı (ÜTG);

 

355 gün (365 gün – 10 gün) – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayı (BTG);

 

48.000 manat (12 000 manat x 4 misli) – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləği (ÜQM);

 

Qeyd edәk ki, әvvәlki ardıcıl 4 rübә görә hesablanmış mәcburi dövlәt sosial sığorta haqqı (20.000 manat) yox, ödәnilәn mәcburi dövlәt sosial sığorta haqqının (12.000 manat) 4 misli әsas götürülür.

 

139,13 manat – bir təqvim gününə düşən orta qazancın məbləği (OQM)

 

48.000 : 355 = 139,13 manat;

 

20 gün – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı (TGS).

 

Beləliklə, yekun hesablama aşağıdakı kimi olacaq:

 

MM = TGS x OQM = 20 x 139,13 = 2782,60 manat.

 

Әmək qabiliyyətinin müvəqqəti itirilməsinin müddəti 14 gündən çox olduğu üçün ödənişlərin bölgüsünü də təqdim edirik:

 

Həmin məbləğin 14 təqvim gününə hesablanan hissəsi – 1.947,82 manat;

 

14 x 139,13 = 1.947,82 manat.

 

Bu məbləğ işəgötürən tərəfindən ödənilir.

 

14 gündən artıq olan 6 gün üzrə hesablanan məbləğ – 834,78 manat;

 

6 x 139,13 = 834,78 manat.

 

Bu məbləğ isə işçiyə DSMF tərəfindən ödənilir.

 

2. Əvvəlki və cari qaydaların müqayisəsi

 

Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənən yeni qayda ilə əvvəl qüvvədə olan əsasnamə üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanma düsturunu müqayisə edək:

 

 

 

Beləliklə, Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənən yeni qayda üzrə aşağıdakı əsas dəyişikliklər baş verib:

 

Birincisi, müavinətin hesablanması üçün baza dövrü 12 aydan 4 rüb sisteminə keçirilib.

 

İkincisi, işçinin faktiki gəlirlərinə əsaslanan mexanizmdən məcburi dövlət sosial sığorta haqqı əsaslı hesablama mexanizminə keçid təmin edilib.

 

Üçüncüsü isə “iş günü” anlayışı “təqvim günü” anlayışı ilə əvəz edilib.

 

Bir məsələni xüsusi qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin iş günləri ilə deyil, təqvim günləri ilə hesablanması bəzi hallarda işəgötürənlər üçün maliyyə yükünün artmasına səbəb ola bilər. Qaydaların tələbinə əsasən, müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı üzrə hesablanır. Bu isə əvvəlki mexanizmdən fərqli yanaşmadır.

 

Misal 2: Beşgünlük iş rejimində çalışan işçi şənbə günü 3 gün müddətinə xəstələndiyi üçün xəstəlik vərəqəsi açılıb (şənbə, bazar və bazar ertəsi). Öncəki Qaydaya əsasən, işəgötürən yalnız bazar ertəsinə təsadüf edən iş gününə görə ödəniş həyata keçirirdi. Lakin Qaydaların yeni tələblərinə əsasən, müavinət təqvim günləri üzrə hesablandığı üçün işəgötürən bazar ertəsi ilə yanaşı, şənbə və bazar günləri üçün də müavinət ödəməlidir.

 

Misal 3: İşçi Novruz bayramı dövründə xəstələnib və xəstəlik vərəqəsi açılıb. Әmək məzuniyyəti zamanı bayram günləri üzrə istisna nəzərdə tutulsa da (Әmək Məcəlləsinin müvafiq maddələrinə əsasən bayram günləri məzuniyyət müddətinə daxil edilmir), əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında belə istisna nəzərdə tutulmayıb. Bu səbəbdən, işəgötürən bayram günlərinə görə də müavinət ödəməlidir.

 

Misal 4: İşçi növbəli iş rejimi üzrə iş vaxtının cəmlənmiş uçotu qaydasında çalışır. Aylıq maaş alan işçi bir ay işləyir, növbəti ay isə istirahət edir (aylıq əməkhaqqı alan işçi kimi). Əgər işçi istirahət etdiyi ayda xəstəlik vərəqəsi təqdim edərsə, işəgötürən aylıq əməkhaqqını, eyni zamanda istirahət dövrünə təsadüf edən xəstəlik vərəqəsinə görə müavinəti ödəməli olacaq. Bu isə praktik olaraq iki istiqamətli ödəniş yükü yarada bilər.

 

Doğrudur, bir günlük qazanc hesablanarkən də iş günləri deyil, təqvim günləri əsas götürüldüyü üçün orta günlük məbləğ əvvəlki sistemlə müqayisədə daha aşağı ola bilər. Lakin bəzi konkret hallarda (istirahət günləri, bayram günləri, növbəli iş rejimi və s.) təqvim günləri üzrə müavinətin hesablanması işəgötürənin ümumi əmək xərclərinin artmasına səbəb ola bilər. Bəzi hallarda isə əksinə, orta günlük qazancın azalması nəticəsində ümumi ödəniş məbləği əvvəlki sistemlə müqayisədə az da ola bilər.

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
958
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Bizdən qaça bilməyəcək” – Lukaşenkodan Paşinyana

“Bizdən qaça bilməyəcək” – Lukaşenkodan Paşinyana

09/10/2026 19:09
954
Azərbaycanda həkim vəfat etdi

Azərbaycanda həkim vəfat etdi

09/10/2026 18:53
953
Moskva aeroportlarında uçuşlar dayandırıldı

Moskva aeroportlarında uçuşlar dayandırıldı

09/10/2026 18:15
952
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

09/10/2026 18:15
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
971

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
985

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.